"Azərbaycan Ordusunun müharibə etmək üçün yetərincə gücü var"

Bunu  mercekhabergazetesi-nə açıqlamasında ehtiyatda olan zabit Fəzli Əliyev deyib.

O bildirib ki, Ermənistan öz ərazisində yerləşən Rusiyanın 3 diviziyasına arxalanaraq təxribata al atıb. F.Əliyev vurğulayıb ki, Ermənistanın məqsədi ordumuzda təxribat törətməkdədir: "Dünən Ermənistanda yerləşən Rusiyanın diviziyasına böyük bir eşalonla çoxlu yeni texnika, maşınlar, silah və sursatlar göndərilib. Böyük hərbi yardımın edilməsi Rusiyanın bu müharibədə qeyri-formal iştirakını göstərir. Ancaq bağlanılmış sazişə əsasən, bu diviziyanın Qarabağda müharibə aparmağa birbaşa hüququ yoxdur. Amma müharibə Ermənistan ərazisində gedərsə, onda onlar birbaşa müharibəyə girişəcəklər". F. Əliyevin fikrincə, müharibə uzunmüddətli olmayacaq: "Müharibə uzağı 5-10 gün olacaq. Amma ordumuzun gücü yetərincədir, istəsə bütün Ermənistanı məhv edənə kimi müharibəni apara bilər. Hələ Azərbaycan Ordusu tam gücündən istifadə etməyib. Hazırda təxribat törədən Ermənistan tərəfi istəyir ki, dünyaya car çəkib özlərini yenə yazıq millət kimi göstərsinlər. Sonra da Amerikadan, Rusiyadan, onları dəstəkləyən Qərb dövlətlərindən kömək istəsinlər. Yazıq görünüb yardım edilməyi sevirlər. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənilər artıq o cəmiyyətdən kömək istəyiblər, amma rədd cavabı alıblar. Çünki Azərbaycan Respublikasının prezidenti İlham Əliyev vaxtında bütün təşkilatlara informasiya vermişdi". "Əsas məsələ, belə həssas məqamda cəmiyyəti təşvişə salan yalan məlumatlar yaymamaqdır. Düşünürəm ki, dezinformasiya yayanlarla hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Polis bölmələrinə çağırılıb xəbərdarlıq olunmalı və müvafiq tədbirlər görülməlidir. İndi əksər sosial şəbəkə istifadəçisi dezinformasiya yaymaqla məşğuldur", - deyə ehtiyatda olan zabit bildirib.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?