YÜK GÖTÜRƏNLƏR VƏ YA YOL QƏT EDƏNLƏR

-Molla əmi, deyəsən, istilər sizdəndə təsirsiz ötüşməyib?
Yaman təngnəfəs qalmısan?
:Yox, ay bala, təngnəfəsliyim  istilərdən deyil, daşıdığım yükdəndi.
-Yük? Hansı yük? Məgər yük var, mən görmürəm?
:Ehhh, ay bala, sənində bu qədər dönüm tarlan olsa, nə inki, təngnəfəs qalarsan, nəfəs almadan haqq dünyasına köçüb, gedərsən.
-Olmaya, işçilərdən şikayətlənirsən?
Bu arada yeni aldığın at arabanda mübarəkdir. Sağlıqla sür!
:İşçi demə bala?! Onlar işçi deyillər, kürəyimə alıb, daşıdığım yükdürlər. Məni gündən-günə təngnəfəsə salanlardılar.
-Ay molla əmi, sizcə də, biraz sərt danışmadınız?
:Necə bəyəm, bala?
-Deyirsiz ki, yükdürlər?
:Hə, elədilər!
-Bəs, o yüklər sayəsində özünüzə yeni at arabası almadınız? Onların sayəsində oğlunuza 40gün 41 gecə toy etmədiniz? Ərkək nəvənizə görə 100 qoyun kəsmədiniz? Altın qurşağınızı belinizə bərk-bərk bağlayıb, kəndin adlı sanlı adamlarıyla görüşə getmədiniz?
:Etdiyim hər şey halal zəhmətimin bəhrəsidir, bala! Məni nədə ittiham edirsən, ay bala?
-Molla əmi, ittiham etmirəm. Sadəcə olaraq, medalyonun digər üzünü sizlərə göstərirəm. Baxın,bu medalyonun parlaq tərəfi yəni sizi təmsil edir. Bu isə digər üzü. Bayaqdan haqqında danışdığınız, sizə yük olan və yükü götürə bilmədiyinizi bildirdiyiniz işçilər. Onlar sübh çağı tarlalara gəlib, 3-5abbası üçün çalışan işçilərdir. Səhərdən-axşama kimi şum şumlayıb, kotan vuran günəş altında yanan işçilər. Onların sayəsində sizlər rahat-rahat gəzirsiniz. Molla əmi, biraz abbasılar tərpəndi beşini çıxarıb, bütün işi birinin üzərinə əlavə edirsiniz. Və aylıq yox, elə illik gəlirinizi ondan almağa çalışırsınız. İndi vicdanla düşünmək lazımdır. Onlar sizə yükdür ya...
:Ay bala, iynəli sözlərinlə nə demək istəyirsən, yorulurlarsa, getsinlər. Onları məcbur saxlamıram ki?!
-Yaxşı, Molla əmi, atınız yorulduğu zaman sizi tərk edirmi? Yox!
Elədi, tərk etmir. Hərçənd ki, siz ona yük ola-ola sizlə bərabər yol qət edir. Sizi aparan atdır.
Yol qət edən isə "SİZ"siniz. Yeganə fərq budur...


GÜNEL AĞAYEVA

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?