"Elə bil qarşısına məqsəd qoymuşdu” - Mübariz İbrahimovun müəllimi danışır

Elə bil qarşısına məqsəd qoymuşdu” - Mübariz İbrahimovun müəllimi danışır.

Bunu  Milli Qəhrəman Mübariz İbrahimovun məzun olduğu şəhid Malik Piriyev adına Əliabad kənd tam orta məktəbinin direktoru Bəsirə Rüstəmova deyir. O həm də Mübariz İbrahimovun müəllimi olub: “Mən ona 10 il dərs demişəm, rus dili fənnini tədris edirdim. Çox sakit uşaq idi, öz aləmi vardı elə bil. Çox danışmağı sevməzdi. Dərslərini orta qiymətlərlə oxuyurdu, həvəsli uşaq idi. Mən heç vaxt onun kiminləsə mübahisə etdiyini görmədim, əksinə, qrupda kimsə dalaşardısa, o, həmişə uşaqları sakitləşdirər, imkan verməzdi biri digərini vursun. Bənzərsiz, təmkinli uşaq idi. Nizam-intizamına isə söz ola bilməzdi”. “Həmişə Mübarizə “ağıllım” deyirdim...” “Bir dəfə məndən soruşdu ki, müəllimə, mənə həmişə nə deyirsiniz? Mən onda bilmədim nə cavab verim, çünki nəyi nəzərdə tutduğunu bilmirdim... Ancaq mən ona həmişə “ağıllım” deyirdim. Mənimlə rahat söhbət edə bilirdi, tez-tez yanıma gəlib suallar verirdi. Günü bu gün də yadımdadır. Birinci siniflərin ilk tədris günü idi, balaca Mübariz yaxınlaşıb dedi ki, müəllimə, baxın, köynəyim yenidir. Dedim nə gözəl köynəkdir, o da qol hissəsinə fərqli parçadan tikilmiş iki xətti göstərib dedi ki, lap “soldat” geyiminə oxşayır. Təsəvvür edin, onda hələ 6 yaşındaydı...”, - Bəsirə xanım söhbətini davam etdirir. O, öz sevimli şagirdinin şəhidlik zirvəsinə yüksəldiyi xəbərini aldığı anı belə xatırlayır: “Mübarizin şəhid olma xəbərini eşidəndə onun öz məqsədinə çatdığını düşündüm. Elə qəribə hissdir ki... Çünki mən ona ilk sinifdən dərs demişəm, onu illərlə tanıyan insanam. İşğal olunmuş torpaqlarımız, əsirlərimiz, şəhidlərimiz haqqında danışanda deyirdi ki, qisasını alacağam. Elə bil qarşısına məqsəd qoymuşdu. Dedi və etdi! Sonradan dəftərlərinə baxanda da gördük ki, işğal olunmuş torpaqlarımızı qələmlə haşiyəyə alıb. Sanki o, millət eşqindən yoğrulmuşdu”. “Elə bil qarşısına məqsəd qoymuşdu” - Mübariz İbrahimovun müəllimi danışır Mübarizin boya-başa çatdığı həyətdə muzey yaradılıb. Muzeydə Mübariz İbrahimovun məktəb illərindən qalan kitab və digər dərs ləvazimatları, şəkilləri var. Şəhidin ailəsi də Milli Qəhrəmanın bəzi əşyalarını muzeyə hədiyyə edib. Bundan başqa, onun hərbi formadakı böyük şəkli ikimərtəbəli məktəbin girişində, hündür yerdə asılıb. Guşə, Mübariz İbrahimovun təhsil aldığı sinif otağı, oturduğu parta xüsusi diqqət ilə qorunur. Şəkil çəkdirmək ayrılıq deyilmiş, elə olsaydı... “Həmişə şəkil çəkdirməkdən qaçırdı, istəmirdi kimsə onu çəksin. Onunla bircə dənə də olsa, şəklimiz yoxdur. Məncə, az adam tapmaq olar ki, Mübarizlə şəkli olsun. Həm ciddi uşaq idi, həm də mehriban”. “Bu, Mübarizin son gəlişi idi məktəbə” B.Rüstəmova Milli Qəhrəmanın oxuduğu məktəbə sonuncu gəlişini belə xatırlayır: “Sonuncu dəfə məktəbimizə gəlib bütün müəllimləri ilə bir-bir görüşdü, halallaşdı. Bilmirdik ki, onu nə gözləyir. Sonra sizin eşitdiklərinizi biz də eşitdik...Atası Ağakərim kişi oğlunun arzusunu yerinə yetirdi. Mübariz demişdi: “Mən şəhid olandan sonra Azərbaycan bayrağı evimizin önündən asılsın”. Bəli, Mübariz arzusuna çatdı”. O qeyd edib ki, M.İbrahimovun ailəsi yaşadıqları rayonda, kənddə həmişə böyük hörmətə sahib olublar: “Burada yaşayan, onların ailəsini tanıyan hər kəs bilir ki, İbrahimovlar ailəsi necədir. Hər kəsə əl tuturlar, ətraflarındakı imkansız ailələrə kömək edirlər. Ailəlikcə zəhmətkeşdirlər. Siz min ailəyə yaxınlaşsanız, hamısı eyni sözü deyəcək. Ailəlikcə təsərrüfatla məşğuldurlar. Tək dəyişiklik Mübarizin o evdə olmaması, ancaq hər bir azərbaycanlının qəlbində yaşamasıdır. Məktəbimizin məzunu özünə bu yolu seçdi. Vətənə, Torpağa qarşı olan məhəbbəti onu ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltdı. Prezident İlham Əliyevin söylədiyi kimi: “Mübariz bilirdi geri qayıda bilməyəcək və Mübariz bilirdi onu nələr gözləyir, ancaq Vətənə, Torpağa qarşı olan məhəbbəti onu şəhidlik zirvəsinə ucaltdı”. Heç vaxt unudulmayacaqsan və həmişə yaddaşımızda qalacaqsan, mənim cəsarətli, qorxmaz, qayğıkeş, səmimi şagirdim, ağıllım”.

MediaPost

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?