İti nişançılar da həyata yanlış hədəfdən vurular...

Dar olsa da, gen olsa da biçildiyinə geyinilməli olmağındır səni öldürən. Yox əşşi! Kimdir axı sənə nəyisə biçə?!

Gəbərilməlilərlə şaquli hərəkət etməyindir səni 59 il yaşlandıran. Qitənin ən pozitiv insanı olsan da onu formasını itirmiş ürəyinə saplamağındır səni...

Qarşında maket vücud, məsafə 100 metr, özün də iti nişançı. Baam! Və...

Və nəticə 0! Hədəf neqativ!

Əlini əsdirən gözlərinə saplanmış beynindəki fikirlərdir. Xromosomların boyu qaçışan burnu sulular, göbəyinə kimi südünü dağıdan əmzik soranlar, küçədə olmalı vaxtını dondurub olmalı yerini mətbəxə, formasını mətbəxdəki döşlüyə dəyişənlər ona hədəf qoyur bu gün; 100 metr!

Saat kəfkiri ilə irəliləyir...

Sənin saatın səhvini saniyələrə sezdirməz səsini susdurmayacaqsansa... Sonra sezdirmədən sillələyəcəyin suallara "simnar" seçimi sayarsan: sirr saatdadır, səsdə?

Saniyələr sonra saçını sinənətək sığallayıb sayarsan: səkkiz...səksən! Səninki sonunacan seçim sayaqlamaqdır!

İndi qarşındakı marketə bax və bir də cəhd elə. Alınacaq deyirlər. Əslindəsə özün inanmayınca alınmayıbdır nə isə...

 Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?