Palçıqlı çarıq

-Salam, Xan dayı.
 Necəsiniz? İşiniz, gücünüz, vəziyyətiniz necədi?
 Nəsə, gözümə fikirli dəyirsiniz?
 Nəsə olub?
:Sağ ol, ay bala.
 Şükür, yavaş-yavaş yaşayırıq. Nəfəsimiz gəlib-gedir.
 Nəsə olub, deyəndə ki, biraz kefim pozulub.
-Nəyə görə?
 Kefiniz niyə pozulub?
:Ehhh, ay bala, keçən günlərimi yada salmaq istədim.
 Gələnləri, gedənləri, tərk edib, unudulan və unudanları xatırlamaq istədim.
 Görüm yaddaşım keçmişin izini nə qədərini xatırlaya bilir?
-Bəs, nə oldu? Unuduqlarınız çox oldu? Ya xatırladıqlarınız?
:Rəhmətliyin nəvəsi ikincisi birincisinə ötgün gəldi.
 Amma...
-Amma nə?
:Köhnə tanışlara şəkillərlə bağlı zəng etdim ki, bir az o günlərdən danışaq.
 Dərdləşək, söhbətləşək
 Keçən günləri xatırlayıb, yaxın keçmişə səyahət edək...
-Xan dayı, deyəsən xatirələr sizi biraz üzdü?
:Yox, ay bala, xatirələr məni üzmədi
 Xatirələrdə gəzən adamın sözləri məni üzdü.
 Xan kişi, keçmişdə olarkən, gələcəkdən xəbərimiz olmadan harada  gəldi, kim gəldi, şəkil çəkdiririk.
İnan əlimdə sehirli dəyənək olsaydı əgər, indi o şəkilləri bir-bir yox edərdim. Baxmada, mənim adım-sanım var!
Çarıqlı günləri xatırlatmaq nəyə lazım?!
Ən yaxşısı budur ki,  sən də mənim kimi o şəkilləri məhv et!
Qoy,  o şəkillər xatirələrdə boz-bulanıq yaddaşlarda qalsın.
Xan kişi, mənə deyəcək başqa sözün yoxdursa, dəstəyi asacam.
Sənə can sağlığı, başqa sözüm yoxdur!
:Ay bala, indi görüm, insan olan bəniadəm keçmişi unudarmı?
O günlər sənin ayağının altına bir-bir pillə olub, səni zirvələrə qaldırmadımı?
Getdiyin yolu unutsan, qaranlıqda itərsən! Hələ xatirələri və şəkilləri demirəm!
Keçmiş bizlərlədi. Unutmaq olmaz! Sən unutmağa çalışsan belə, zatın unutmaz! Səndən sonra gələnlər səni xatırlamaz! Elə gələcəyin özüdə bir gün gələr keçmişə qərq olar.
 Oğlum, vaxt var idi çarığı palçıq olanlar indi palçıqlı çarığını suda yuyub, günəşdə qurudarlar. Amma anlamırlar ki, göy üzü qaralan kimi o çarıqlar yenidən palçığa batar. Uzun sözün qısası, palçıqlı çarıqlarından möhkəm yapış. Günəşə bel bağlama, nazı tutar, gizlənər, palçıqda gəzməzə çarıq axtarmalı olarsan.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?