Onun kimi ola bilmək, qağayıları səhərdən axşamacan başının üzərində görməyə məcbur qalmaqdır. Onun kimi ola bilməmək, qağayıları səhərdən axşamacan başının üzərində görməkdir. Onun həssaslığı sənin görmədiklərin, sənin həssaslığın onun məcburiyyətidir. Biri var ki, varolana baxmaqla kifayətlənmək (ümumiyətlə kifayətlilik haqqında düşünməmək), biri də var ki, varolanı görüb, yenidən görməyə özünü ezam etmək. Bunun adı "hiss edirəmsə, yaşayıram"dan keçir. Yaşamaq təkcə "düşünürəmsə yaşayıram" demək deyil.
Bu - hiss etmək həssaslığın ağrılı "təpə"si - akkordudur.
Həssas insanın həyata marağı bir kibrit çöpündən tez sönür,
Qeyri-həssas insanın həyata marağı hörümçəyin ta 40-cı ayağında qırılır.
Həssas insan üçün mübarizə aparacaq dəyərlər azdır. Çoxluğa gözardı baxmaq deyil bunun işi, azlığı özünə hopdura bilmək, özünküləşdirmək, bunu nəfəs işi bilməkdir.
Mübarizə apardıqlarıdır onun dəyərləri. O dəyərləri MƏN-ə sığdıra bilmək onun üçün ölə bilməkdən daha çox öldürə bilməkdir. Sevə bilməyi (adı şərtidir, hələliksə ən biçimlisi sevgi kəlməsidir) bacaranlar kəsə bilməyi də bacarmalıdır. Öldürə bilməyənlər yaşaya bilməz, ən yaxşı halda uzun-uzadı qala bilməzlər. Ya yaşayacaqsan, ya da həssas olacaqsan. Pis tərəfi odur ki, ikincidən olmaq da min bəladır, olmamağa çalışmaq da.
P.S. Sən ən yaxşısı, sadəcə qağayılara bax, heç olmasa bu yaz sərçələr gələnə kimi...
Azadə Yolçu
Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.
Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.
Şimdi oturum açın, her yorumda isim ve e.posta yazma zahmetinden kurtulun. Oturum açmak için bir hesabınız yoksa, oluşturmak için buraya tıklayın.