Qadın taleyi təmiz dünyadan kirli dünyaya köç edər

 

  Deyirlər, zərif çiçəklər kədərlənmirlər. İnanmayın!

Özlərinə bəraət qazandırmağa çalışan günahkar kimi bu sözləri elə o zorakılığa məruz qalan incinən, cəhənnəm atəşində nəyinsə, uğrunda yanan məhz elə o, çiçəklər söyləyiblər. Sonbahar ömründə bir ləçək daha yerə düşər.
Səbəblər tapa bilmir ki, yenidən torpağa kök sala bilsin deyə. İndi o, sərt rüzgarları belə gözləmir. Hər hansı bağçanın həyətinə düşsün yenidən pöhrələnsin deyə. Sərt rüzgar al, apar dalğalanan dənizin ləpirlərinə vur. Bəlkə yarımçıq qalan bahar ömrüm daha acı çəkmədən rahatlanacaq. Yaşamağın nə demək olduğunu bilmədən, ölümə sürükləndik. 


Hər birimiz, Leylası, Aytəkini, Şəfası, Bilqeysi, Günəşi...

Sadalanacaq daha neçə-neçə baharsız köçən çiçəklər kimi. Duyğular limanı bizlər üçün əl çatmaz oldu.O kənar qınaqlar, əzizlərin nifrət dolu baxışları, pul sevgisi zirvəyə qalxan saxtakar sevənlər, sizlər sayəsində bu qəlb sərtləşdi. Nifrətlə doldu.
Bilirsiniz, sevgi hiss artmaq əvəzinə nədənsə, qəlbimdə nifrətin çəkisi birə-beş artıb.  Qəlbimi hiss edə bilmirəm. Ətrafım kir içində qoxmağa başlayır. 

Kiməm? Kim olmuşam? Niyə bu günə düçar oldum? Sizlər niyə mənim tale yolumun üzərində dayandınız? Körpə budağıma çirkli əllərinizi vurdunuz. Səbəb? Susmayın! Danışın! Həyatımı söndürmüş hər kəs ana, ata, dost, tanış və ömür gün yoldaşım... 
Sabahları  gəlməyən bir həyata düçar etdiniz. Acımadan, qəlbiniz belə ağrımadan. İndi divan küncündə əyləşib, sağ əlinizi sol qulağınıza qoyubda nə düşünürsünüz? Mənim məhv olmuş taleyimə çarə axtarırsız? Yoxsa məni və arzularımı məhv etməyə plan hazırlayırsız?


  Qadın taleyi təmiz dünyadan kirli dünyaya köç edər. Səbəb, sevdiklərinin alnı başqalarının yanında ağ olsun deyə! Qadın taleyi istəmədən birini sevmək, və bu sevginin əzabını çəkmək. Bu qədər “asan” və bu qədər “təmiz”...Qadın taleyi çobanyastığı çiçəyi kimi ləçəkləri yolunar. Halbu ki, bu çiçəyin dəvasın görmədən cəzası verilər....


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?