Xanımlar könüllü olsun deyir, bəylər olmasın...Hərbi xidmətin könüllü olmasını istərdiniz? -Sorğu

Hazırda Azərbaycanda könüllü hərbi xidmət sistemi tətbiq edilmir. Prezidentin sərəncamına əsasən, hərbi vəziyyət elan olunarsa, yalnız o zaman səfərbərlik üzrə həm məcburi çağırılanlar, həm də könüllülük əsasında hərbi xidmətə getmək olar. 

Bəs gənclər könüllü hərbi xidmət sisteminin tətbiqini istəyirlər?

 Qabil Ədalət (Prezident təqaüdçüsü, şair):

“Hərbi xidmətin könüllü olmasına qəti razı olmaram. Bugünkü gənclikdə, vətənpərvərlik qalıb ki, kimsə də könüllü vətənə xidmət eləsin? Siz deyən o könüllülər qaldı birinci Qarabağ döyüşündə. İndiki gənclərin 90 faizində vətənpərvərlik deyə bir anlam qalmayıb. Vətənpərvərlikdən başqa nəyə desən maraq var və onunla məşğul olurlar. 90-cı illərdə oğlanlarımız, qızlarımız  vətən uğrunda mübarizə aparırdılarsa, indi böyük hissə azadlıq tələb edir, cinsi azğınlığın azad olması uğrunda mübarizə aparırlar...Elə qərar olsa, hərbi hissələr boş qalacaq...”.

 

Rizvan Fikrətoğlu (Jurnalist, müəllim):

“Bu hal dünya hərbi praktikasında var. Lakin Azərbaycan profilində mümkünlük "köl(g)ə" baxış bucağı aşılayır. Səbəblər müxtəlifdir.

Nəticə budur ki, könüllülük prinsipi hərbi hissələrin əsgərsiz qalmasına səbəb olacaqdır. Adamlar məcburi getməyin bir "qanuni" yolunu tapıb yayınırlar, qalmışdı könüllü.

Lakin belə təcrübə də mümkündür: hərbi bir karyera kimi formalaşdırıla bilər. Məcburilik prinsipi yerində qalsın, sadəcə yenilik maaş sisteminin tətbiqində olsun. Getməyənlər yüksək ödəniş ödənilsin ki, gedənlərə maaş kəsilsin, publik qaydada. Bununla bitməsin, gedənlərə prestijli iş şansları, yaşayış normaları verilsin. Bu və bu kimi məsələlər praktikada olub və çox vaxt effektivliyi ilə xatırlanır”.

 

Bəyoğlan Hacızadə (Tələbə):

“Hərbi xidmətin könüllü olub-olmaması ölkələrin real vəziyyətinə uyğun olaraq nizamlanılmalıdır. Sizə iki misal çəkirəm:

1.Azərbaycan. Bizim ölkə əhalisi digər dövlətlərə nisbətən daha azdır.

Bu və digər əsaslı səbəblərdən dolayı bizdə hərbi xidmətin məcburi olmağı ağlabatandır. Öz torpaqları ilə sərhəd olan və beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri pozulursa, torpaqlarının 20 %-i işğal olunursa (rəsmi ), nəinki kişilər ücün məcburi olmalıdır, özünə inanan və bu işi bacara biləcək xanımlar da könüllü şəkildə xidmətə cəlb olunmalıdır.

2.ABŞ. ABŞ-ın əhali sayı (rəsmi ) bir neçə yüz milyondur. Siz indi təsəvvür edin ki, 18 yaşına catan hər bir ABŞ vətəndaşı məcburi hərbi xidmətə çağırılır. Bu tip ölkələr bunu heç vaxt etmir və ehtiyacları da yoxdur. Onun yerinə, “Delta Force” və digər bu tip  Xüsusi Təyinatlı əsgərlər yetişdirirlər. Bundan əlavə, öz orduları ilə digər dövlətlərə birbaşa müdaxilə edə bilmədikdə, onların təbiri ilə desək, özlərinin qurmuş olduğu  "Mühafizə Xidməti" şirkətlərinin qeyri-qanuni xidmətlərindən yararlanırlar”.

 

Nərgiz Malik (Müəllim):

 “Hərbi xidmətin könüllü olmasını istərdim. Hərbi hər bir insan üçün güclü məktəbdir. İnsanın təkcə bədəni bərkimir, həm də emosional-psixoloji vəziyyəti güclənir. Xanımlar evdə otura-otura özlərinə zərif deyirlər. Məncə, hər insanda o güc olmalıdır. Çətinlikləri, bilərəkdən edilmiş məhdudiyyətləri (qidalanma), fiziki işi, bir sözlə, xüsusi rejimi bir müddət keçsələr daha yaxşı olar. Mən də həmişə istəmişəm hərbi xidmət keçmək. Ancaq boy normalarım tələblərə uyğun olmadığına görə alınmayıb. İstərdim ki, bizim qızlar da İsraildəki kimi könüllü hərbi xidmət keçsin”.

 

Elmar İlqaroğlu (Jurnalist):

“Hərbi xidmət könüllü yox, məcburi olmalıdır. Ancaq yaş həddinin 18 olması azdır, məncə hərbi xidmətə 20 yaşı olan gənclər getməlidir. Çünki gənclər indi əvvəlki kimi deyil, insanlar eləbil cırlaşır. 18 yaşlı gənc hələ heç nə dərk eləmir. Heç silah tutmağa düzəməlli gücü çatmır, o vətəni necə qorusun?!. Bununla yanaşı, hər bir çağırışçı öz qeydiyyatda olduğu rayonda xidmət etsə, daha yaxşı olar”.

 

Mamed Rəhimzadə (Dizayner):

“Düşünürəm ki, müharibə bitənə kimi hərbi xidmət könüllü olmamalıdır. Onsuz hərbi xidmət məcburi ola-ola əsgər çatışmazlığıdır, könüllü olarsa, daha özünüz təsəvvür eləyin vəziyyəti”.

 

Emin Şirvanzadə (Jurnalist):

“Xeyr, mən hərbi xidmətin könüllü olmasını istəmərəm. Məncə, Qarabağ dərdi olan bir ölkə hərbi xidməti könüllü edə bilməz, etməməlidir”.

 

Aysel Mehdiyeva (Tələbə):

“Təbii ki, hərbi xidmətin könüllü olmasını istərdim. Çünki, insanlara inanaraq bu sualınızı cavablandırıram. Hər bir azərbaycanlı öz vətənini qorumağı özünə borc bilib hərbi xidmətə getməyi könüllü seçər. Həm də bizim yaralı yerimiz Qarabağı almaq üçün nəinki oğlanlar, hətta qızlar da hərbi xidmətə getməyə razıdırlar”.

 

Nursəfa Mustafa (Foto-jurnalist):

“Ailənin tək övladlarına görə hərbi xidmətin könüllü olmasını istərdim. Son ümidləri olan övladlarını son mənzilə yola salan valideyinlərin gözlərinin yaşlarına tab gətirə bilmirəm”.

  Qeyd edək ki, dünyanın bir sıra ölkələrində könüllü hərbi xidmət sistemi tətbiq edilir. Onların siyahısına ABŞ, Böyük Britaniya, İspaniya, Slovakiya, Sloveniya, Səudiyyə Ərəbistanı, Portuqaliya, Polşa, Filippin, Peru, Pakistan, Nigeriya, Yeni Zelandiya, Hollandiya, Nepal, Malaziya, Malta, Latviya, Livan, Yaponiya, İtaliya, İrlandiya, İraq, Hindistan, Macarıstan, Almaniya (2011), Fransa, Ekvador, Çexiya, Xorvatiya, Konqo, Çin, Kanada, Kamerun, Bolqarıstan, Belçika, Banqladeş, Bəhreyn, Avstraliya, Argentina, Əfqanıstan, Ukrayna (2016) və başqa ölkələr daxildir.  

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?