O'nun adı Güvən!

   

   Qarışıq fikirlərlə dolu beynimi başımda gəzdirə bilməyən mən, qısa vaxta toparlandım. Göz bəbəklərini bir nöqtəyə zilləyə bilməyən mən, O'ndan sonra elə O'na baxar oldum. Hər cümlədə sivrişib özünü bəlli edən küylü "R"lar, yumşaldı nəfəs tellərimdə. Dünənə kimi yanımda sallaq qalan qollarım indi böyük qucaq açmaq istəyir. Əvvəllər qapının dəstəyindən asdığım səliqəsiz çantamı indi astarına kimi ləkəsiz olub-olmamasına görə yoxlayıram. Sağ əlimin nişan barmağındakı üzüyü rahatlıqla çıxarıb diyirlədə bilirəm masamın üzərində. Günlərlə taxmasam belə əskiklik hiss etmirəm. O, bütüm yarımlarımı doldura bilir. Bircə gecələr alışa bilmirik bir-birimizə. O da keçər. Zaman bütün ağrılarla qocalmağı astar edir üzümüzə, bunu da edər. Gecədir də, zülm deyil ki!

  Daha hamının güldüyü lətifələrə mən də gülə bilirəm. Bəzən gülə bilməsəm də, gülməli olduğunu anlayıram. Deməli, "zad"lıq məndən gəlir, gülənlərdən yox. Bu da yaxşı haldır. Daha gözümü çəpləşdirən, gözətrafımı qırışlandıran şüalara söymürəm gözümdən su axıtdığı üçün. Başa düşürəm ki, görmə qabiliyyətim zəifdir, vəssalam. O da düzələndir, nələr düzəlmir ki?! Daha qapıbir qonşunun divarın o tərəfindən gələn hırıltısına görə yumruğumla dəmir boruları vurmuram. Bilirəm ki, avara insanın gecəsi də birdir, gündüzü də. Gündüzlər yatıb gecələr hırıldayan papa şotuna yaş dolduran "qaqa"lardandır deyib, keçirəm. Uzaqbaşı səhəri günü günorta aş yeyəndə ucadan qəhqəhə çəkib axşamkı zırıltının əvəzini "extra bonus"larla çıxıram, vəssalam.

Belə...

  Yaşayıram. Əllərimi yerdən götürüb əməllicə yaşayıram daha. Həyata əvəlki yolçu olmayacağımı bilsəm də, yeni yolçuyla da davam etməyə hazıram. Çünki... Çünki O çıxmışdı qarşıma... O'nun adı Güvən! Məncə, O'nunla davam etmək üçün 84 yaş elə də gec deyil.

   Dəliyəm. Biraz sərsəm, biraz ağıllı. Ətrini rüzgarlardan duyuram. Sənin yanına hər zaman arzularla gəlirəm. Sən yetər ki, məni çağır. Səndən qaçmaq imkansızdır. Əsən rüzgarla bərabər ətrin burnumun ucuna dəyir. Özlədiyim qoxu, axtardığım istilik,duymaq istədiyim nəfəs. Hər biri səndə cəmlənir.

   Mən, dəliyəm.Sənin gözlərindən içdiyim şərabam. Duyduğum, hiss etdiyim sevgini səndə tapdım.

   Çağır! Bir çağrışın yetər.. Qəlb evimə hördüyüm daş hazarları səninlə birgə yıxdım. Düşünmə, kiminsə gülüşünə vurulan aşiq olan birisiyəm. Gülən zaman sağ dodağının yana getməsi sənə ayrı gözəllik bəxş edir. Və yaxud  əsəbi olduğun zaman uzun-uzadı yollara gözlərini dikdiyin anlar. Anlar ağlımın bir köşəsinə yazılıb. Silmək nə mümkün?! Sən qazandığım ilk uğurum. Sən cahanım, dünyam. Ətrinlə barəbər rüzgar olum.Dodağına nəğmə, fikrinə şeir olum. Qələmlə birgə bəyaz vərəqlərə yazılaq. Bizləri oxuyan hər kəs üçün  "Leyla və Məcnun", "Əsli və Kərəm" və ya minlərlə sevgi rəmzinə çevrilmiş bir qəhrəman olaq. Tut əlimdən! Sormadan! Sorğulamadan! Yolumuza davam edək.

 Bədənim və ruhum səndə cəmlənsin. Aləmə birgə varaq. Ən əsası "Güvən" mənə. Sıxılan qəlbimə məlhəm ol. Arzularla məni çağır.

 Dəliyəm. Səninlə birgə yaşadaq, yaşayaq. Söylə, bir kəlmə mənə söylə. Bəlkə güvənməyin mənə təsəlli olar. Susma! Danış! İnamını qazanmaq istəyirəm! Bir şans daha ver! Səninlə yenidən çətin həyata birgə  addımlayaq.   Mən səndə itirilmiş güvəni qazanmağa çalışan inamam.

Azadə Yolçu & Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?