Sən nə yaxşı ki ......! Seçkidə sədr, katib və üzv deyilsən.


Fahişəlik qədim peşə sahəsidir (bir çox peşələrdən üstündür) və ödənişli fəaliyyət növüdür. Dünya tarixinə nəzər salsaq görərik ki, qədim Misirdən tutmuş Allaha ən yaxın ölkələrdə belə bu fəaliyyət növü gizli və ya açıq şəkildə xüsusi məşğuliyyətə çevirilmişdir. Bu çevirilmə öz adət-ənənələrini zaman keçdikcə nəyinki qoruyub saxlamış, hətta dərinləşdirmişdir.
Elm, texnikanın inkişafı, müxtəlif peşə sahələrinin inteqrasiyası fahişəliyin müxtəlif səpkilərdə nüfuz dairəsinin artırmaqla yanaşı genişləndirmişdir. Yəni, fahişəlik qadın bədəninin satılması qədər bəsit işlədiləsi söz deyil.
İnsan öz bədənini satırsa bu onun üçün hardasa faciə sayıla bilər. Bu daha çox əlacsızlıq üzündən qaynaqlanan haldır. Gəl ki, sən kiminsə arzusunu, taleyini, düşüncəsini, ümidini, sağlam təfəkkür və ideyasını, ideologiyasını... satırsan. Sən qapalı pərdə arxasında böyük keçmişə malik xalqın gələcəyini, sabahını satırsan. Sənin şərəfsizliyinin və yoğrulmuş haram mayanın təsirilə kiminsə qazandığı SƏSləri satırsan. Əslində fahişə sənə deyilməlidir, namusdan xəbərsiz Sənsən. Yüz-iki yüz manata xalqını satan fahişəsən. Belə ucuz qiymətə Torpağını da satarsan, səndən hər şey gözləmək olar. Bəs sən kimsən? Kimdir bu sədr, katib, üzvlər? Sən müəllim adına ləkə gətirən qeyrətdən xəbərsiz, Allahdan qorxmayan və zəlillik tanrısı olan həkim, genden yaranan nanəcib qeyri-etik genin daşıyıcısı olan mədəniyyət işçisisən. Və digərləri. Sizin əlinizlə seçki saxtalaşdırılır və kiçik məbləğlərə satırsınız. Gör biz övladlarımızı, gələcəyimizi kimlərə etibar etmişik. Gör kimlərin əməlləri bizi batilləşdirirmiş. Başa düşdük, Allahdan qorxmursan, bəs öz övladının da gələcəyini düşünmürsən? Bilə-bilə niyə öz övladını öldürürsən? Sənin seçilməyə şərait yaratdıqların ödürəcək onu. O sənə “sağ ol” – deməyəcək. Qəbrinə tüpürəcək, şərəfinə tüpürəcək, sənin kökündən olduğu üçün xələfinə tüpürəcək!
Sənin namusun da yox imiş. Layiq olmayanı haqq edilənin yerinə seçilməsinə aldığın tapşırığı yerinə yetirəndə namussuzluğunu nə əcəb dərk edə bilmədin?
İndi dərk edirsənmi ki, bədənini satan fahişələrdən nədir fərqin? O özünə ziyan verir, sən xalqına. O özünü satır, sən dövlətini. O özünü nüfuzdan salır, Sən Vətənini. İnanmayacaq, bu xalq Sizə bir də inanmayacaq. Bir az ümid qığılcımları var idisə, o da söndü, bitdi.
Utanın daşıdığınız addan. Evə gedəndə ən doğmalarınızın üzünə baxmaqdan utanın. BU fahişəliyin əvəzində Sizə verilən “alın tərini ilə” qazandığınız puldan utanın.
Bağışlamayacaq! Məhv etdiyiniz gələcək Sizi əsla bağışlamayacaq!


Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?