Xocalı cinayətlərini törədənlər məhkəmə önünə çıxarılaraq, cəzalandırılmalıdır - Erkan Özoral

Paytaxt Bakıda minlərlə insan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasiminə qatılıb.

Faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin önünə toplaşan hər kəs şəhidləri sayqıyla andı.  

Anım mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mercek haber gazetesi-nə açıqlama verib:  

"Xocalı soyqırımı insanlıqdan uzaq bir faciədir. Xocalıda yüzlərlə günahsız insan qətlə yetirildi, 613 şəhidimiz var. 150 nəfər itkin düşüb və hələ də onlardan xəbər yoxdur. Çox sayda insan yaralandı, əsir götürüldülər. Faciədən 28 il keçməsinə baxmayaraq, hələ də eyni kədəri hiss edirik. İnşallah, bu cinayəti törədənlər məhkəmə önünə çıxarılar və vicdanları bir az da olsa rahatlayar, cəzalarını alarlar", səfir bildirib.

Eurasia Diary

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?