Zamana şahidlik etmiş yuxu...

 

  Salam, Mirzə!
Nəsə yaman fikirli görünürsən?
Xeyir ola!. Qaradənizdə gəmilərin batıb?
Yenə nədi qara-qara düşünürsən?
Ay Mirzə, yüz fikir bir borcu ödəmir?
Salam, Ağa!
Yox qadası, Qaradənizə gəmi yola salmamışam ki, batsın.
Düşünürəm. Düşünürəm. Amma bir əlac tapa bilmirəm.
Səncanı nə düşünürsən?
Düşünməkdən başında ağ tüklər artıb.
Çox düşünmək beyinə ziyandı.
İnsan tez qocalır. Görürəm yorğunsan. Get? biraz yat, dincəl.
 Eyyy, ay rəhmətliyin oğlu. Onsuzda neçə illərdi yatırıq. Gözümüz yuxudan açılır bəyəm?
Ağa, indi sən de görüm, yatmaq bizim nəyimizə gərək?! Gələni kor-korənə qarşılayıb, şad-xürrəm yola salırıq ki, təki başımız salamat olsun.
 İndi tək düşüncəm bu seçkilərin bir anda bitməsidir.
Ay Ağa, deyirəm, bu 9fevral gəlib,getsəydi bu nənələrdə rahat bağ-bağçaya çıxıb, rahat gəzişə bilərdilər.
Nənələr, nənələrə nə olub ki? İcazə verilmir? Axı nə olub?
Nə olub? Deyimdə.
  Deməli, millətin vəkilləri deyir ki, "5 dəqiqəni ayır 5illik" sizinlə olum. Adama deyərlər, insan xalqla işləməyə başlayarsa, 5 il deyil nəfəsi bitənədək yanında olmalıdır. Qapı-qapı gəzib, şəkil çəkdirməyin adı yoxdur.
Onsuzda onundan sonra onlar dolabda toz-torpağa qarışıb, itib batan bir əşya olacaq. Nənələri öpməyin adı yoxdur. Nənələr bizlərə iffəti öyrədir. Ləkələmək lazım deyil. Bizləri arzulara, ümidlərə istəklərə aparan aydınlıq yolu onların adlarına toplanan səslərdən ibarətdir.
Hələ onu deyim, elə namizəd var ki, adam adını eşidəndə lap mat qalır. O, hara millətin səsi olmaq hara?
Hələ bilirsən, nə var? Uşaqlıq ruhu başında olanlar var. Çəpiş qulağı dişləyir. Görəsən, onlar seçildikdən sonra iki ayaqlı çəpişin qulağını dişləyəcək yoxsa dördayaqlı?Baba adını dilə-dişə salanlar kim. Səs küy yaradıb, xalqa canı yanan çıxan kim? Özünə faydası olmayan biri bizlərə necə faydası dəyəcək?  Ağa, indi sən de görüm, yatmaq bizim nəyimizə gərək?!

Mirzə sənin sözünə qüvvət.
Rəhmətlik Sabir demiş:

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın.

 İndi de, görüm, nə edək? Yataq ya oyaq qalaq?
Bəlkədə elə Əziz Nəsin demiş:
"Bir gün bu məmləkətin yanağına öpüş baş ucuna bir məktub yazıb, qoyacam. Elə gözəl yatırdın ki, oyandırmağa qıya bilmədim" 

Mirzə, səni başa düşdüm, düşməyinə. Amma gərək insanlar bir-birinə hörmət etsin. Sevsin. Sözü söz olaraq, deyildə əməldə etmək lazımdır. Məsələn: təbliğat təşviqatlarını 20günlük deyil, 5 il kürsüdə əyləşdikləri zamanda görsünlər. Bax o zaman nənələri öpsünlər. Bağ-bağçanı gəzsinlər. Şəkil çəkdirib, könüllü gənclərin haqqını ödəsinlər. Yoxsa ki, vaxt zaman ötüb, keçəndən sonra qorxudan qaçmasınlar. Bizlərə haray salan savadlı insanlar gərək. Mirzə birdəki, sən başını belə məsələlərə görə yorma. Ən yaxşı get, yat, dincəl. Zaman hər şeyə şahidlik edəcək.Və unutma ki,seçkilərə gedən yolda mübarək əməllər hər kəsə nəsib olmur!

#danışankirpi

Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?