Sevgi üç cümlədə...

"Ürək qırğınlığı, sınması” sindromu zamanı insan qorxudan və qəmdən deyil, məhz sevgidən ölə bilər. Britaniyalı kardioloq Aleksandr Lionun kəşf etdiyi bu sindrom səbəbindən vəfat edən insanların çoxuna adi ürək çatışmazlığı və ya ürəyin işemik xəstəliyi diaqnozu qoyulur. “Sevgi öldürür, yoxsa yaşadır” sualının birmənalı cavabı yoxdur.


“Sevgi nədir, əgər 3 cümlədə ifadə olunarsa, onu necə təsvir edərdiniz” sualını gənclər cavablandırıb.

Sevgi üç cümlədə...

Vəzir Mirzəyev, 27 yaş

- "Sevgi gözübağlı, düşünmədən güvənməkdir. Sənə görə səhv olan bir şey edirsə də, qarşındakının bir bildiyi var deyə bilməkdir sevgi.

Sevgi inamdır;

Sevgi imandır".

Rasim Sarı, 19 yaş

- "Sevgi iki insanın eyni həyatı eyni duyğularla yaşamasıdır. Sevgi xoşbəxt olmadan da birlikdə olmaqdır. Sevgi başqa bir bədəndə var olmaqdır".

Aysel Novruzova, 21 yaş

- "Sevgi toxunmadan, uzaqdan, yalnız onu xəyalı ilə sevə bilməkdir. Sevgi elə mükəmməldir ki, heç bir cümlə o mükəmməlliyi izah edə bilmir. Sevgi belədir, yalnız sevsən bilərsən sevginin nə olduğunu".

Elmar İlqaroğlu, 25 yaş

- "Sevgi qarşılıq gözləmədən sevməyi bacarmaqdır. Bir insanı sevirsənsə, onun da səni sevməsi vacib deyil. Sənin sevgin ikinizə də bəs edəcək qədər olmalıdır".

Bəyoğlan Hacızadə, 20 yaş

- "Sevgi Allahın bizə bəxş etdiyi enerjidir. Paylaşdıqca, barını, bəhrəsini görürsən. Amma sevgini də hara xərclədiyini bilməlisən ki, enerjin boşa tükənməsin".

İsa Muradov, 22 yaş

- "Qarşındakı insanı hər dəqiqə anlaya bilirsənsə, sevgi budur. Birini itirməkdən qorxursansa, sevgi budur. Cütlük əvvəlcə bir-birinə, sonra bir körpəyə baxırsa, sevgi həm də budur".

Pünhan İslamzadə, 19 yaş

- "Sevgi heç kimin əsl həyatda tapa bilmədiyi, buna görə də şərəfinə minlərlə əsər yazılaraq real həyatda olduğuna insanların özlərini inandırdığı bir məfhumdur. Həmçinin bu əsərlərin əksəriyyətinin xoşbəxt sonla bitməsinin səbəbi də insanların belə bir hissin hər zaman qalib gəldiyini düşünərək özlərinə təskinlik vermək istəməsidir".

Emin Şirvanzadə, 21 yaş

- "Sevgi sözlə ifadə edilməsi çətin və ya mümkün olmayan hissdir. Sevgi saf və müqəddəs hissdir. Üçüncü cümləyə ehtiyac yoxdur, o, iki cümləylə də ifadə oluna bilir”.

Sevil Rüstəmova, 28 yaş

- "Sevmək sirli xəzinədir, nə qədər açıq desən də, gülsən də qəlbinin dərinliklərində çəkinməkdir. Sevgi bəzən saatlarla baxıb susaraq danışmaqdır. Sevgi "mən səni sevirəm" sözünü hər dəqiqə deyib adiləşdirmək yox, sevgi bir anlıq duyğunun əzəli kəlməsidir. Sevmək, gərək ki, əbədi hörmət və qayğıdır".

Anar Qocalı, 24 yaş

- "Sevgi hörmətdir. Hörmət varsa, sevgi də var. Sevgi bağlılıqdır. Sevmək bağlanmaqdır. Evləndikdən sonra o sevginin meyvəsi övladdır. Amma yenə əvvəldə birləşir hər şey, hörmət varsa, hamısı olacaq".

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?