Bakı küləyinə həsrət qalan baş daşı

    

Salam, Mirzə əmi.
Salam, bala
Necəsiniz?
Görürəm, heç keyfiniz yoxdur?!
Salamıda birtəhər aldınız
Xeyir ola?
Nəsə olub?
Mirzə əmi, salamatçılıqdır?
Ehhh ay bala...
Nə soruş? Nə danışım!
Mən yaxşıyam.
Yaxşı olmağına.
Amma nəsə bizim tərəflər yaxşı deyil.
Bizim tərəflər?!
Məgər bizim, sizin tərəf var?
Bu nə müəmmalı sözdür deyirsiniz? Mirzə əmi
Bu cürə gözəl yerdə rəhmətliyə aid heçnə yoxdur.
Nə heykəl?
Nə də ki, Vətən torpağında bir məzar.
Ay Mirzə əmi, kimdən danışırsan axı?
Rəhmətliyin oğlu, açıq danış bilim, görüm nə məsələdi?
Onun bir mozaik şəkli var idi
Onun üzərinə kosmetika çəkdilər.
Kimlərin üzünü bəzəmədilər ki?
Universitet binasının üzərini, yolları, binaları, küçələri
Başqa hansını sayım?
Adam  "Əsri"dən gələn harayı eşidəndə, ötüb, keçən günləri düşünəndə de görüm, kefimiz necə pozulmasın?
Bizlərə Cumhuriyyət bəxş edən, qadınlara ilk dəfə seçkidə iştirak hüququ verən, xalq olaraq, bayrağımızı tanıdan, və bu bayrağı öz şəxsiyyətinə təqdim edib, onu etibarlı əllərə verən, Məmməd Əmin Rəsulzadədən danışıram.
Əvvəllər ağ-qara fonda bizimlə danışan şəkillərini görürdük. İndisə oda yoxdur!
Ehhh oğlum, mən indiki dövürdən razıyam, azadıq, firavanıq, bizləri düşünən rəhbərimiz var. Amma Azadlıq qurucusunun məzarı soyuq ellərdə, uzaq diyarlardadır.İndi sən de görüm, kosmetika bizim nəyimizə lazımdır?
Onun səsini xırıltılı səs yazan cihazlardan eşidirik.
Azacıqda olsun, rahatlıq tapardıq.
136 yaşın ayrı ağırlığı var, övlad.
Qurucusu olduğu dövlətin, bir qarış torpağı onun sinəsindən qor götürüb, yanan atəşin sönüşü olardı. Bakı küləyi onun baş daşını tumarlaya bilsəydi, əgər illərdən bu yana gələn haray sorağı bəlkə sonlandırardı.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?