Xaqan Rza: "Sakinlərimizi öz Məhəllə adamına SƏS verməyə çağırıram" - Xaqan Rza

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xaqan Rzanın müsahibəsi

-Əvvəlcə Xaqan Rzanı tanıyaq...

-Mən Rza Xaqan Fuad oğlu Bakı şəhərində anadan olmuşam. 44 saylı orta məktəbi bitirib Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam. Hərbi xidməti başa vurduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi vəzifəsində işləməyə başlamışam. Hazırda da həmin vəzifədə işləyirəm.

- Maraqlıdır, seçki platformanızda hansı məsələlər əks olunub?

-Bizim məhəlləmizdə ən böyük problem evləri söküləndə tikinti şirkətlərinin insanlara qarşı etdiyi ədalətsizliklərdir. Sakinlərə evlərinin qarşılığında bəzi hallarda elə məbləğ ödəyirlər ki, onlar o pula heç əvvəlki evinin sahəsi qədər də mənzil ala bilmir. Çox insan evlərindən narazı şəkildə yola salınıb. Belə halların az olmadığı bəllidir. Bu problemi mən özüm də 4-cü kərpic döngəsində yaşayarkən görmüşəm. Bizim əsas vədimiz də bu istiqamətdədir.

-Hansısa siyasi partiyanın üzvüsünüz?

-23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasından bitərəf kimi özüm öz namizədliyimi irəli sürmüşəm. Heç bir siyasi partiyanın üzvü deyiləm.

-Hazırda seçicilər arasında təbliğat-təşviqat kampaniyası davam edir.

Siz bu kampaniyanı hansı üsullarla aparırsınız?

-Təbliğat-təşviqat kampaniyası dairənin əhatə etdiyi küçələrdə hər bir məhəllə sakinləri ilə fərdi şəkildə görüş formasında davam edir. Sakinlərlə görüşür, problemlərini dinləyir, onları daha yaxından tanımağa çalışıram.

-Seçicilərlə görüşürsünüz. Onların əsas problemləri nədir?

-Dairənin sakinlərinin problemləri müxtəlifdir. Ancaq ən böyük problemləri kiçik sahəli həyət evlərindədir. Burada bir çox ev qəzalı vəziyyətdədir. Yaşamaq üçün əlverişsizdir. İnsanların evləri yaxşı isidilmir, çünki hazırda onların istilik problemləri var. Qışda belə çətinliklərin yaratdığı fəsadları nəzərə alsaq, bunun nə demək olduğu aydın olar. Bir çox ailənin işıq, su və digər sosial problemləri var. Bu insanlar illərdir evlərinin sökülməsini gözləyirdi ki, söküntü başlasın və yeni şəraitli evlə təmin olunsunlar.

-Şüarınız maraqlıdır. Sizcə, məhəlləniz öz məhəllə adamını qalib edə biləcək?

-Ən əsası odur ki, insanlar inanır və ümid edirlər. Düzdür, ətrafımda məni dəstəkləyən insanlar çoxdur. Ancaq namizəd tək mən deyiləm. Hər namizədin öz seçici auditoriyası var. Ümid edək ki, deputat olmaq istəyən digər namizədlərin də niyyəti sakinlərin problemlərinə əlac olmaqdır. Məqsəd kiminsə deputat seçilməyi olmamalıdır. Məqsəd deputat seçilərək məhəllə insanlarının problemlərini araşdırıb onları həll etmək olmalıdır. Mən əminəm və seçicilərimlə görüşərkən bu əminlik məndə daha da güclənir ki, məhəllə adamları kənardan gəlib onların dairəsinin deputatı olan insanlardan bezib. Əminliklə deyə bilərəm ki, məhəllə adamlarının əksəriyyəti mənə səs verəcək. Bunu mən yox, məhəllə sakinləri deyir.

Hesab edirəm ki, bu məhəllədə böyümüş və yaşayan insan məhəllə problemlərini daha yaxşı bilir. Bu məhəllənin problemlərini kənardan gələn deyil, məhz bu məhəllədə yaşayan insan həll edəcək. Bu məhəllədə yaşayan bir insan kimi sakinlərimizi öz Məhəllə adamına SƏS verməyə çağırıram.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?