Meşəyə başçılıq edən, "Eşşək" (Danışan Kirpi...)

Vəzifən nədir? -SMM
Hmmm.SMS? Nə? Nə dediniz, xanım?  O, nə olan şeydi?
Suala diqqət edin!
Özüdə kim verir?!
Ağzından horra tökülən, İNSAN RESURSLARINDA işləyən mütəxəssis.
Elan verən, paylaşan, namizəd axtaran şəxs. DƏHŞƏT!
Burda Moşu Göyəzənlinin sözü yadıma düşür. "Sənə qələm tutmağı  harada öyrədiblər?" Ardını hamı bilir...
Şirkətlərdə bu cür mütəxəssislər çalışarsa, iflas uzaqda deyil. Əgər elan verdiyi vakant yerinin vəzifə öhdəliklərini bilmirsə, orada artım söz məsələsi deyil. Əmək haqqı nə zaman artacaq? Soruşulduğu zaman işin ki, asandı. Və yaxud da ki, büdcə aşağıdı. Şablon sözləri yenə ipə düzəcəklər!
Bu arada əgər meşəyə eşşək başçılıq edərsə, nəticəsidə bundan artıq olası deyildi. Kostyum geyinməklə hörmət qazanılmır! Hər zaman zəfər çalan, bilik, özünü tərbiyə etmək və öz üzərində işləmək olacaq!
Əziz mütəxəssis, deyim, bil və agah ol!
SMM sosial şəbəkələrdə marketinqlə məşğul olaraq malların satışının təşkil olunmasıdır. Sosial media marketinq bütün marketinq növlərinin içərisində ən çox effektivli vasitədir. Onun köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr barədə məlumat toplaya bilir.
Sosial Media Marketinqdə reklam paylaşaraq istənilən qədər müştəri toplamaq mümkündür.
Sosial şəbəkələrdə auditoriyanı pulla ələ almaq mümkün deyil, onların inamını qazanaraq sayını artıqmaq lazımdır. Sosial media platforması auditoriya ilə əlaqə saxlamaq üçün ən müasir üsuldur.
Verilən cavab yenə qarşı tərəfdə qıcıq yaratdı!


danışankirpi
Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?