Pırtlaşıq

2019 2019-u "Təcrübə ili" adlandırıram və heç vaxt unutmayacam onu.


Möhtəşəm idi; "itirdim" dediyim kəslərin əslində qazanc olmasıyla. Yaxşı ki gözüm görməyəcək onları, həm də yaxşı ki gözüm gördü onları. Soyuqqanlığımın dərəcəsini ölçə bildim, dayanaqlığıma aşiq oldum, emosionallığıma cəza kəsməyi bacardım, qarşımdakının özüm yox, qaşığındakı qədər olduğunu gördüm, uzatmayacam, bir sözlə, adam oldum!

Son saatlara kimi çox insan əskildi, çox insan tanındı, çox insan yarım qaldı həyatımda. Bir o qədər çox insan da toplaşdı ətrafımda. Ancaq barmaqla sayılacaq qədər insanla keçirəm növbəti ilə. Əladır!

Əgər 3 il tanıdığınız bir insan sizi kürəyinizdən vurursa, davam etməyin. Onurğası zədələnmiş heç kim düz gəzə bilməz. Dünənə kimi ən məşğul saatlarına sığdırdığınız insan öz əyləncəsi üçün sizin acınıza acıqlanırsa, bilin ki, siz O`nsuz qalmısız artıq. Varlığı və yoxluğu arasında boşluq belə yoxdur; artıq o insan ya var, ya da yox! Yoxdur! Əgər sizin yaşınızı iki dəfə dövrə vuran biri özünü yaşından əskik aparırsa, hörmətetmə vaxtınızı dondurun, yaramır daha. Yüngül adam sizin hörmətinizlə çəkiyə gəlməz. Ağzınızın əyri, burnunuzun sulu olacağını düşünmədən yanında ağlayıb güldüyünüz insan sizə ən qorxduğunuz yerdən yalan danışırsa, həyatınızdan çıxarın onu. Bir kişinin də (yazıçı olmalıydı) dediyi kimi, lazım gəlsə torpaq çeynəyin, ancaq unudun həmin insanı. Mən unudun deməzdim, çünki bir insanın yalanı sənə ayrılacaq qədər toxunursa, o insan unudulmazdır. Sadəcə torpaq çeynəyə-çeynəyə yoxluğunu həzm edin. Nələr həzm olunmur ki! Əgər kimsə dəyər bildiyiniz kəslərin qəminə səbəb olursa, onu iki dəfə çıxarın həyatınızdan. Tam iki dəfə! Öləndə belə gözünüzü islatmayasız deyə.

Sevdiklərinizi bir də sevin, çox sevin. Onlar incinəndə daha çox sevirlər, ancaq gedirlər.

Özümü yenə də 84 yaşlı kimi hiss edirəmsə, deməli, hər şey yaxşıdır.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?