Ən balaca uşaq və ən yaşlı qoca ziyarətçilərin olduğu muzey...

Azərbaycanı sovetlər məkanında tanıdan Rahib Məmmədov. O Rahib Məmmədov ki Gürcüstanda dünyaya göz açan uşaqlara onun adı verilir. Küçələr, orta məktəblər onun adını daşıyır. Bir də Ağdamın Mahrızlı kəndindəki muzey.

Muzey bələdçisi Amilə Muradova qəhrəman haqqında məlumat verərkən onun eksponatlarının yerli və xarici turistlər üçün marağından söz açdı: "Buraya yaşından asılı olmayaraq hər kəs ziyarətə gəlir".

Muzeyin sədri Rahib Məmmədovun qardaşı Sahib Məmmədovla söhbət etdik. Məlum oldu ki, muzeydə Qarabağ döyüşçülərinin, şəhidlərinin də eksponatları yer alır:

- Muzey nə vaxtdan fəaliyyət göstərir?

- Muzey 1987-ci ildə Rahib məmmədov həlak olandan sonra Gürcüstan rayonunun Xobi rayonunun Çalagiz kəndində daşqın olub. Orada insanları xilas etməkçün hərbi hissədəkiləri köməyə çağırmışdlar. Hadisə olan yerdən 150 km kənarda Rahib hərbi xidmətdə idi. O vaxt əsgərlərə deyiblər ki, kim getmək istəyir. Rahib də ilk könüllü getmək istəyənlərdən olub. Köməyə 12 BTR maşın çıxıb. 6-sı yolda xarab olub.

Hadisə yerində tək azərbayanlı kimi Rahib olub. Yerə gəlib çatanda 5 BTR ekipaj etiraz edərək hərbi komandanlığın əmrinə tabe olmayıblar. Rahib təkbaşıba 1.5 sutka həmin kənddən 366 nəfər insanı xilas edib. Ölümündən sonra hərbi hissə komandirinin ailəsinə vurduğu teleqramda deyilib ki, “sizin oğlunuz əsl qəhrəmanlıq edərək 30 rels edərək çox insanı xilas edib”.

O vaxt erməni komandirinin saxtakarlığına görə sənədlərdə 28 rəqəm göstərilib. Suda qalan iti belə xilas edib Rahib. Yeganə çıxış yolu dəmir yolu xəttinin altından su keçir. Sel böyük ağacları gətirib o yolun qarşısını tuturmuş. Ancaq Rahib BTR-in burnuyla onu vurub təmizləyirmiş ki, dəmir yolu xəttini sıradan çıxarmasın və başqa kəndləri su basmasın. Buna baxmayaraq körpü tutulub, maşın qəzaya uğrayıb. Həmin vaxt maşında bir mayor olub, udardan onun ayaqları qırılanda Rahib onu da körpüdən keçirib. Sonda özü keçmək istəyəndə küləyin və suyun gücündən BTR batıb və Rahib körpüylə maşının arasında qalıb.

1987-ci il fevralın 2-də hərbi hissə Moskvadan gələn generallarıyla böyük ehtiram göstərmişdilər. Sonra fevralda tikintisinə başlanılan orta məktəbə Rahibin adı verildi. Ağdamın və Bakının (Əhmədli yaşayış qəsəbəsində) küçələrinin biri Rahibin adını daşıyır.
O vaxt Gürcüstanda “Dostluq” deyilən guşə vardı, orda yer alırdı Rahibin xatirəsi. Tiflisdə küçəyə onun adı verilmişdi. Kəndin məktəbi də onun adını daşıyır.

- Buradakı eksponatlar təkcə Rahib Məmmədova aid deyil...

- Bəli, burada Qarabağ döyüşçülərinə aid olan eksponatlar da var. Onların paltarları, dəftərçələri, əlyazmaları saxlanılır. Bunlar bizim üçün əzizdir.

- Demək olar ki, həmin eksponatların hamısı yerdədir...

- Çünki 2016-cı ildə Aprel döyüşlərində olan silkələnməyə görə bina yararsız vəziyyətə düşdü. Ağdam icra hakimiyyəti binanı bərpa eləyib təhvil verdi. Ancaq təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin vəziyyətdən məlumatı olsa da hələ yeni tərtibatı hazırlayıb təqdim etməyiblər. Biz dəfələrlə müraciət etmişik.

- Buradakı eksponatlardan Bakı muzeylərinə verilib?

- Muzeyin əvvəlki rəhbəri 2003-cü ildə Rahibin hərbi geyimiylə və ölümündən sonra Qızmızı ulduz ordeniylə bərabər 13 adda əşyasını “İstiqlal” muzeyinə təhvil verdi. Tərtibatdan sonra onlar bizə qaytarılacaq.

Muzeyə maraq hansı səviyyədədir?

- Biz tez-tez tədbirlər keçiririk. İl ərzində Qaarabağ veteranları, döyüşçüləri, şəhid ailələrinin iştirakıyla 30-dan artıq dövlət səviyyəsində tədbir keçirmişik. Hər bir tədbirdə də muzey insan izdihamıyla əhatə olunub.

- Hərbçilər necə, maraqlıdırlarmı?

- Silahlı Qüvvələr günü böyük tədbir keçirdik və burada 80-dən çox hərbçi iştirak elədi. Hərbçilərlə yanaşı buraya alpaqut idman türk növünün Ağdamdakı filialından qonaqlar gəlir. Dünya və Avrasiya çempionu olan idmançılar maraq göstərirlər. Hər tədbirin sonunda da iştirakçılara Fəxri fərman veririk ki, yenə də adətimizə sadiq qaldıq. Ümummiyyətlə, hərbi hissə yaxınlıqda olduğuna görə hərbçilər bura tez-tez gəlirlər.

- Müxtəlif bölgələrdən olan şəhidlərin eksponatları var. O şəhidlərin doğmaları muzeyə gəlirlərmi?

- 2014-cü ildə döyüş əməliyyatını yerinə yetirərkən şəhid olan xüsusi təyinatlı Əhmədov Qaryağdının da eksponatları muzeyə təhvil verilib. Onun ailəsiylə əlaqə saxladım, çünki 5-ci anım tədbiri keçirilirdi. Onlar gələndə bildilər ki, şəhidin esponatları burada saxlanılır.

- Başqa şəhidlərin eksponatları var?

Quanlıdan, Beyləqandan olan şəhidlərin eksponatları da burada qorunur. Doğmaları tez-tez gəlirlər.

- Əcnəbilər də ziyarət edilərmi?

- Tərtibat belə vəziyyətdə olduğuna özüm gürcüstana gedib əvvəlki əlaqəni bərpa edə bilmirəm. Onlar əvvəl məktublar yazaraq bura gəlirdilər. İndi getsəm, yenə gələcəklər. Eksponatları belə vəziyyətdə görmələrini istəmirəm. Türkiyədən də gələnlər olub. Hətta əlaqə vasitəmi belə götürüb Gürcüstana hadisə yerinə getmişdilər.

- Ən çox ziyarət edənlər məktəblilər olar...

- Bəli, hər dərs ili başlamamışdan əvvəl şagirdlər bura baş çəkirlər. Xüsusən də zabitlər övladlarını tez-tez gətirirlər.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?