Biz kimik?

Biz kimik?
Tanrının qulu,yaxşını pisdən, pisi yaxşıdan seçən biri.
Biz kimik?
Qəlbimiz qırılan zaman hər kəsi incitməyə can atan, insanoğlu.
Biz kimik?
Canımız ağrıdığı zaman başımız dərdə qarışdığı bir vaxta Allaha əl açıb, imdad diləyən bəndə.
Biz kimik?
Yalanlarla bəzədilmiş bir dünyaya gələn, hər şey əbədiymiş kimi yaşayan biri.
Biz kimik?
Keçmişlə barışmayan, üsyankar ruhlarıq. Hər kəsi sınağa çəkməyi bacaran biri.
Biz kimik?
Həqiqətin çılpaqlığını qəbul etməyən, zər libaslı yalanı sevənlərik. Acıları saxta təbəssümdə  gizlədən, xoşbəxtik deyən, hər kəsin gözündə yaxşı olan biri  kimi görünən adamlarıq.
Biz kimik?
Şəxsiyyətdə dəyişiklik edən, ümidin tükəndiyi yerə çıraq tutanlardanıq. Halbu ki, ümidin bitdiyi yerə çıraq tutmazlar. Bunu ta başdan bilə-bilə edənlərdənik.
Biz kimik?
İllərlə sevdiyimiz amma sevilmədiyimiz adamların arxasınca qaçan məyus olanlarıq. Düşüncəmizi, inadımızı, fərqli olduğumuzu qəbul etməyənlərdənik.
Biz kimik?
Bizi, biz olduğumuz kimi qəbul etməyənlərə saxta üzlərlə yaxınlaşanlarıq.
Biz kimik?
Can dostu deyildə, qarın dostu seçənlərik.
Biz kimik?
Platonik eşqlərin arxasınca qaçıb, reallıqda itib-batanlarıq.
Biz kimik?
Üz-üzə gələndə nifrət edirəm, deyə bilməyən insanlara, bugün kefin necədi? Utanmadan soruşanlarıq.
Biz kimik?
Yalnız sevginin uzaqlarda olduğunu düşünüb, ağ atlı şəhzadəni gözləyənlərik.
Biz kimik?
Qadını döyüb, küçədə və bacada kişilik dərsi verənlərik.
Bəs biz kimik?
Yıxılana balta vurub, zaman keçdikcə, bədbəxtin bəxti heç gətirmədi deyənlərik.
Biz kimik?
Səcdəyə yalnız dargündə gedənlərik.
Biz kimik?
Bir tikə çörək üçün səhərdən-axşama dək dilənənlərik. Sevgini daş tutmuş ürəklərdə axtaran aciz insanlarıq.
Biz kimik?
Bir-birimizi dörd divar arxasına məhkum edənlərik.
Biz kimik?
Kimliyi bəlli olmayan yolçularıq...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?