Şəkini görmək üçün... "Gələrsən görərsən"

Azərbaycanın tarixi abidələrlə zəngin qədim şəhərləri çoxdur. Bunlar sırasında Şəki də xüsusi yerdə qərarlaşır. Şəkinin ən məşhur tarixi yerlərindən biri “Gələrsən-görərsən” qalasıdır. Qala strateji cəhətdən əlverişli ərazidə, şəhərdən təxminən 4 kilometr şimalda, Kiş çayının sol sahilində, Qaratəpə dağının zirvəsində yerləşir. Ehtimallara görə, qalanın təməli XV əsrdə Şəki hakimi Əlican tərəfindən qoyulub.

Qalanın adı Nadir şahın Şəki xanlığına təcavüzü ilə bağlıdır. 1743-cü ildə özünü Şəki xanı elan edən Hacı Çələbi həmin qalaya sığınıb və Nadir şahın tələblərini rədd edib. Şaha "gələrsən-görərsən” ismarışı yollayan Hacı Çələbini cəzalandırmaq üçün 1744-ci ildə Nadir şah böyük bir ordu ilə Şəkiyə gəlib. Lakin qalanı fəth edə bilməyərək geri qayıdıb. Bu hadisədən sonra qala xalq arasında “Gələrsən-görərsən” adlandırılıb.
“Gələrsən-görərsən” qalası bu gün Şəkiyə gələn bütün turistlərin baş çəkdiyi yerdir.

https://www.youtube.com/watch?v=kY5PFCHFV9U&feature=youtu.be&fbclid=IwAR2e8fBUdSFMx_IH9xrUHY3rGAU9dQrx6DgFVEwRcr3YlGISmCWf9o-gyTA

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?