Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz

Ümumiyyətlə Azərbaycan xalqı dünyaya sahəsindən aslı olaraq bir sıra şəxsiyyətlər bəxş etmişdir. Belə böyük şəxsiyyətlərin bir qismi də ədəbiyyatın, milli poeziyanın caynaqlarında yetişmiş ədəbi sənətkarlarımız olmuşdur. Həmin sənətkarların böyük qisim əsərləri bestsellər zirvəsinə qalxmış, dünya insanlarının İNKİŞAF mexanizatoruna çevirilmiş və həmin amillərin təsiri altında yeni-yeni ideya və fikirlər meydana gəlmişdir.

Bu gerçəklikdir ki, tarixi yaşadan amillər olmalıdır, çünki tarix öz-özlüyündə yaşaya bilmir, ya da çox yaşaya bilmir. Belə amillər sırasında Müqəddəs dilimizi, tarixin süzgəclərindən süzülərək bugünümüzə qədər gəlib çıxmış adət-ənənələrimiz, incəsənət nümunələrimiz və habelə ədəbiyyat səhnəmizi və ən əsası isə bunların fonunda formalaşmış milli-mənəvi dəyərlərimizi göstərmək olar. Danılmaz faktdır ki, bir sıra ədəbiyyat nümunələrimiz dünya ədəbiyyatına təsirsiz ötüşməmişdir. Zəngin və çoxcəhətli yaradıcılıq nümunələri ilə ədəbiyyat tariximizdə dünya poeziyasına təsir göstərə biləcək simalardan biri də İmadəddin Nəsimi olub. O, zəngin ədəbiyyat poeziyalarını qələmə almaqla əbədiyyət qazanmış dahilərdən olmuş, milli-mənəvi dəyərlərimizi özünütəsdiq səviyyəsində göstərmişdir. İ.Nəsiminin yaşadığı dövr məkan və zaman fəlsəfi nöqteyi-nəzərindən sosial-siyasi proseslərin qarışıq olduğu dövrə təsadüf edir. Elə dövr ki, cahillik və cəhalətin tüğyan etdiyi, özbaşnalığın baş alıb hayanasa getdiyi, dərəbəyliyin hökm sürdüyü qeyri-adi dövr. Məhz İ.Nəsimi həmin dövrdə yaşamış, yaratmış və belə bir dövrdə milli-bəşəri ideyaları misralarına daxil edərək mədəniyyət tariximizi öz yaradıcılığı ilə təkcə qoruyub saxlamayıb, bununla yanaşı İNKİŞAF etdirmiş, milli-mənəvi dəyərlərimizə fərqli baxış bucağından işıq salmışdır. İ.Nəsimi fəlsəfi şair olmuş, yaradıcılığında dini amillər xüsusi yer almış, sevgisi İlahi eşqi tərənnüm etmişdir. Onun yaradıcılığında nəsihətamiz fikirlər, özünütəsdiqə yönəlmiş düşüncə burulğanı geniş yer almışdır. İ.Nəsimi həqq şairi, “ənəlhəqq” ruhunun mənəvi daşıyıcısı, mübariz söz ustadı olmuşdur ki, özündən sonra Nəsimi məktəbinin təməl daşlarını qoymuşdur.

İ.Nəsiminin əsərləri çoxəsrli bir tarixi yol keçərək bugünümüzün milli-mənəvi dəyərlər sistemində özünə yer alaraq zirvəyə çevirilmişdir. Onun əsərlərindəki fikirlərinin bugün üçün aktuallığının qorunub saxlanılması, özünüsübut amili dahi sənətkarı müasirimizə çevirir, zəmanəmizin adamı kimi təqdim edir. Sanki İ.Nəsimi XXI əsrdə yaşayır, yaradır və öz mübariz ideyalarını təbliğ edir.

Dahi şair əsərlərində statusundan aslı olmayaraq insanlara fərq qoymur: dini və irqi, həmçinin bu kimi ayrı-seçkiliyə səbəb yaratmayan ifadələri ilə insanları bir fikir, bir ideya ətrafında birləşməyə, xeyirxah əməllər sahibi etməyə səsləyir və bunun üçün müxtəlif üsul və vasitələrlə təbliğat aparırdı. Əlbəttə ki, bu kimi dirçəliş onun yaradıcılığı vasitəsilə çox vaxt baş tuturdu. Bu da öz növbəsində milli-mənəvi dəyərlərimizə  qənim kəsilmiş dırnaqarası din xadimlərini, yerli məmurları və onların əlaltılarını lərzəyə gətirir, qorxudurdu. Bu səbəblə də İ.Nəsimi əleyhinə kampaniyalar müxtəlif dairələrdə aparılırdı. Bu kimi bədnam əməllər ən başlıca milli-mənəvi dəyərlərimizi tapdalamağa yönəlmişdi. İ.Nəsiminin mübarizəsi bu dəyərlərə sahib çıxmaq və onları qoruyub saxlamaqdan ibarət idi.

Ədəbi sənətkar ilk növbədə insanların həyatın və yaşamağın mənasını dərk etməyə çağırırdı. Yaradıcılığında bu kimi amillər xüsusilə önəm daşıyırdı. Bəzən isə buna nail ola bilmirdi. Kütlənin maraqlarının fərqli olması səbəbindən, insanların İ.Nəsimini dərk edə bilməmə təfsilatından bu kimi ideyalar bəzən əvəzsiz qalırdı. Bu amillər sənətkarı yormur, qazandığı uğur və nailiyyətlər onu tutduğu yoldan çəkindirmirdi. Əlbəttə ki, İ.Nəsimi tək deyildi. O, özünə çoxlu tərəfdarlar toplamağı bacarmış, onlar vasitəsilə fikirlərini yaymağa müvəffəq olurdu. Bunların hamısı özünü milli-mənəvi dəyərlər sistemində formalaşdırır, fikir və düşüncələrə hopurdu.

Göründüyü kimi, Nəsiminin dediyi və Nəsimi haqqında deyilmiş fikirlərdəki kimi, Nəsimi haqq şairi, ədalət naminə meydanlarda çırpışan ədəbiyyat təmsilçisi idi. Bu nə qədər çətin olsa da Nəsimi mübarizəsin davam etdirdi və buna nail olmağı bacardı.

Nəsiminin əsərlərinin mərkəzində insan dayanır. O, insana həm də milli-mənəvi dəyərlər toplumu kimi yanaşır. Haqqın mahiyyət etibarilə insan olduğu, haqqı söyləyənin də insan olduğu qənaətinə gəlir ki, bu da o dövrə yayılmış və əsası Nəimi tərəfindən qoyulmuş Hürufilik cərəyanının təsirlərindən qaynaqlanırdı.

Düzü, İ.Nəsimininin yaradıcılığına milli-mənəvi dəyərlər konteksindən yanaşaraq ədəbiyyat və tarixi şəxsiyyət kimi qiymətləndirmək və dəyər etalonunu diqqətə çatdırmaq onu təqdim edən şəxsdə müəyyən qədər fəlsəfi düşüncə və Nəsimi yaradıcılığına bələdçilik tələb edir. Bu barədə danışmaq həm də məsuliyyət tələb edir.

Məqaləmin bu yerində Azərbaycanın dünyaya bəxş etmiş olduğu qüdrətli sənətkar İ.Nəsimi zirvəsinə publisist baxış bucağından boylanaraq bir sıra fikirlərimi diqqət mərkəzinizə çatdırmaq iznini Sizdən rica edirəm. Və Nəsimi yaradıcılığına müasir dünyagörüşü sistemində, bugünkü milli-mənəvi dəyərlər əxlaqından boylanmaq, bugünün İNKİŞAF strategiyasında izah etməyə cəhd göstərmək niyyətindəyəm.

Ümumiyyətlə bəşəriyyətin inkişafını ləngidən səbəb insanların yeniliyi gec, həvəssiz qəbul etmələri və yaxud heç qəbul etməmələri olmuşdur. İnkişaf və yeniliklər insanlarda şübhə yaratmış, inanılmaz sindiromlar formalaşdırmış və bəzən də izaholunmaz qorxular səbəbilə insanları özlüyündən uzaqlaşdırmışdır.

Məsələn, teleqraf kodunu icad edən Samyuel Morze kəşfini təqdim edəndə ona gülmüşdülər. Morze əlifbasını təkmilləşdirmək təklifi verən və radiorabitəni kəşf edən mütəfəkkir Markoni məsxərəyə qoyulmuş, haqqında yalnış dedi-qodular yayılmışdı.

Közərən elektrik lampasının ixtiraçısı Tomas Edision və ilk avtomobilin konstruktoru da insanların gülüş hədəfi olmuşdu. Adamlar ata qoşulmayan arabanın yerindən necə tərpənə bilməsini heç cür düşünə bilmir, bunu ikrahedici zarafatla qarşılayırdılar.

Uilber və Orvill Rayt qardaşları daxili yanma mühərrikli təyyarə ixtira edəndə heç kim buna maraq göstərmədi və hətta nümayişə dəvət olan jurnalistlər belə hadisə yerinə gəlməmişdi. O dövr üçün həmin ixtiranın mahiyyəti heç cür insanların məntiqinə sığışmırdı.

Jurnalistlər sözünü işlətmişkən, vaxtilə radionu yararsız əşya hesab edirdilər. Halbuki onun dalğası bu gün milyonlarla insanı bir məkanda birləşdirir və ən sadə kütləvi informasiya sistemində özünə yer tapa bilmişdir. Baxmayaraq ki, illər keçdikdən sonar televiziya yarananda radionun qısa zaman kəsiyində sıradan çıxacağını, hətta unudulub tarixliyə qovuşulacağını nə qədər mütəxəssis-nəzəriyyəçilər dilə gətirirdi. Heç təsadüfi deyil ki, keçən əsrin sonlarında internet jurnalistikası cücərməyə başlayanda da ənənəvi qəzetlər üçün də belə bu ifadəni işlədirdilər.

O dövr üçün ədəbiyyat zirvəsi hesab etdiyimiz və hərçənd ki, milli-mənəvi dəyərlər sistemimizdə əvəzsiz rolu olmuş dahi İ.Nəsimiyə də o şəkildə gülmüş, məsxərəyə qoyulmuş, bəzən də ikrahedici qarşılanmışdır. Hətta o dövrün bir sıra nəzəriyyəçiləri tərəfindən düşünülürdü ki, İ.Nəsimi yaradıcılığı sənətkarın ölümü ilə yanaşı basdırılacaq. İnsanlar o vaxt heç cür anlamırdılar ki, elə bir zaman gələcək və  İ.Nəsimi dünya ədəbiyyatının bənzərsiz dühasına çevriləcəkdir. Hətta onun yazdıqları o dövrün milli-mənəvi dəyərlər zirvəsi sayılsa da, Nəsiminin edam zirvəsi kimi də xatırlanır.

Təəsssüflər olsun ki, İ.Nəsimi bugün üçün də çoxları üçün anlaşılmazlıq sirri olaraq qalır Biz,  bəlkə də Nəsimi zirvəsini İNKİŞAFın bugün bizə ərməğan etmiş olduğu “Sığmazam” qəzəlinə yazılmış mahnı kimi təhqirolunmuş şəkildə qavramışıq. Halbuki o qəzlin hikməti Nəsiminin ruhundan sovrulan qan qədər izaholunmazlığı var.  Ya da ki, ağacəkmə rəmzi kimi Nəsimi bizim üçün ucuzlaşdırılıb. Bəlkə də Yerli telekanallarda 20-30 yaşlı ədəbiyyatdan bixəbərlər tərəfindən yalnış təbliğatı Nəsimi yaradıcılığını kölgədə qiyur?

Səbəb nə olursa-olsun....

Ey mənim, əhlil-cəmaətim! Ey mənin ruhil-millətim, Nəsimiyə daş atmayın, Heç bir halda o daşı əlinizə belə almayın. Atdığınız daş topuğunuza dəyəcək qədər yaxınınıza düşəcək. Bunu mütləq unutmayın ki, Nəsimi əleyhinə kampaniyalarla mübarizə aparmamamaq və bu mənfur əməlin iştirakçısı olmaq həm də milli-mənəvi dəyərlərimizə hörmətsizlikdən və onları ayaqlar altına atmaqdan başqa bir şey deyildir.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?