Hələlik demirəm, "Əlvida" ...

Taleyimə nə yaman həsrətli illər yazılıb?
Soyuq əlləri, soyuq illəri, gecikmiş sevgini mənə hədiyyə edib. 
Gəlişinlə gedişin elə qəfil olduki,nə zaman sevdim,nə zaman bağlandım inan bilmədim. Yaşadığım həyat zülmətli gecəyə bənzəyir sənsiz keçən günlər,saatlar,hətta dəqiqələr belə əzab verir.
 Bilirsən xoşbəxt görünmək nə qədər çətindir?
Həyatımda sənsiz keçən illəri qovaladıqca de ağlayımmı, yoxsa gülümmü?
Hissələrimi,duyğularımı, həyat eşqimi bir görüşlə məndən aldın. Bir baxışın bəs etdi mənə.
Söylə günahı kimdə,nə də axtarım? 
Zamanımı, yoxsa sənin gözlərinimi günahkar bilim?
İlk anda sənin gözlərini qəlbimə köçürən gözlərimi mi?
Qaranlıq talelər içində sanki itmişəm. 
Düşünürəm nə zamansa düşünürsənmi  məni? 
Gəlirəmmi xəyallarına qonaq? 
Təsadüfən olsada adımı anırsanmı?
Nə bilim...
Hərdən keçirdiyim illərə heyfim gəlir. Qurduğum xəyallar, uğradığım haqsızlıqlar, sual dolu baxışlar məni çox yorur. Sevgini xoşbəxt olan yad gözlərdə axtarıram. Ağırdı çox ağırdı xoşbəxt olanların gözlərinə baxmaq. 
Axı nə etmişəm sevdim sevilmədim. Bəzən, bəzən özüm-özümdən soruşuram məni sevmək bu qədər çətindirmi?
Nə zaman xoşbəxtəm dediyim zaman, həyat məni bu sınaqdan digərinə atır.Öyrətməzdən əvvəl imtahan edər. 
Yaşayaraq öyrənmədim ki, bu fani həyatı.
İmtahanlarla qazandım yaşamağı, sevməyi və hətta xoşbəxt gülümsəməyi. 
İnsanların mənə ürək ağrısıyla sual dolu gözləriylə baxmaları  məni bir addım geri atır.
Tək çarəm Rəbbimin ətəyindən  bərk-bərk tutmağımdır. Bəlkədə belə xoşbəxtlik nəsib edib. İmtahanla, çətinliklə qazandıqlarım,dostlarım,tanışlarım  bəs edər mənə...
 Bəlkə düşüncələrimi ağ vərəqə tökə bilməsəydim yaşamaq çətin olardı.Gecələr kimlər üçün rahatlıq verər,kimlər isə əzab kədər...
Fikirlərim,hislərim imkan vermir dincələm.Əlimdə qələm,önümdə ağ vərəq üç kəlmə söz yazaram."məni sevmək çətindirmi?"
 Nə gəl deyərəm, nədə get...
Tale yazım qəliz,bir az çətindir.
Torpağı isitdikcə günəşin isti şəfəqləri Yaqut daşı dörd rəngə boyanar. Hər biri bir məna verər.
Güc, sevgi, dözüm,sədaqət adımda da öz əksini  tapıb.Kənardan güclü görünməm, sevə bilməm, sevdiklərimə sədaqətim, edilən haqsızlığa dözümlülüyüm bundan irəli gəlir.
Xoşbəxt olduğum o,uşaq illərinə qayıtmaq istərəm.Nə sən varsan o illərdə,nədə sənli düşüncələr. Hər şeyi atıb təkcə o illəri almaq istərəm.Lakin nə gücüm çatar, nə dəki...
Səni düşündüyüm zaman sanki, həyatımın son tablosunu təsəvvür edirəm.
Axı həyat məhdudlanmış çərçivədir. Sadəcə baçlıq və sonluq bəlli. Çərçivədə hansı rəsmin olması bizdən asılıdır.
 Bəli xoşbəxt olacam. 
 Bilirsən niyə? Çünki, bağlı qapılar bir gün açılar.Zülmət gecələrin hər biri aydınlı sabaha hamilə qalar.Doğacaq həyatıma möhtəşəm günəş.Ətrafa saçılan şəfəqləri isidəcək qəlbimi. Yenə sevəcəm və seviləcəm. Ruhum günəşin kölgəsində rahatlıq tapacaq. Yaşamaq,yazmaq həvəsi məni tərk etməyəcək. Bu gün burdayamsa kim bilir,Rəbbim məni sabah hara aparacaq.Nələr bəxş edəcək. Bax buna görə hələlik demirəm, "Əlvida"...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?