Sürgün

İnsana ən yaxın nə ola bilər? Zaman, insan, yalan, yoxsa zamanla sağalmayan yaralar? Dərk etmək idrakın sonuncu pilləsidi. Düşünmək, söyləmək, yada ki, sonsuza qədər susmaq... Sirdir insan. Okeanın səthi kimi parlaq, dərinliyi kimi qaranlıqdır. Əslində okeandan fərqlənmirik. Bilirsiz niyə? İnsanlar suyun səthi kimi ilıq olur . Onlara kürəyimizi sökəyib, hər şey yaxşıdı, dediyimiz anda soyuq qaranlığa tərk edilirik. Çabalaki suyun səthinə qalxa bilərsən. Bəzənsə elə çabalaya-çalabaya bilmədən dərinliklərə qərq oluruq.


                    
  Əslində iki cür insan var. Yaxşılıq edib unudanlar, yaxşılıq edib özündən asılı saxlayanlar. Hər kəsin qarşısına bu tip insanlar çıxır. Öncə mələk, sonra isə iblis olurlar. Necə deyərlər "hər daşın altından onlar çıxarlar" yaşamaq istərsən bir qara kölgə kimi səni izlər. Yaşadığın yerdən, sevdiklərindən səni didərgin salarlar. Üz tutarsan başqa məmləkətə. Yaşamağa başladım dyərkən, qara bulud kimi üzərinə çökərlər. Belə olmaqlarına baxmayın, əslinə qalsa onlar qorxaq və yalançı insanlardı. İnsanları hər zaman inamsızlıqla günahlandırırlar. Təklik hissi onları sardıqca, başqa limana doğru üzərlər. Yeni insanlar yeni canlar. Və kənardan durub incinmiş canları izləyib həzz alarlar . Çalışaq bu cür insanlardan kənar olaq. Öz doğmalarımızın olduğu yerdə “sürgün” həyatı yaşamayaq...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?