Vicdan əzabının ağrısı keçici olmur, kəsici olur... Geci, tezi var...

Uşaqlıqdan yeniyetməliyə kimi müxtəlif peşə orbiti üzrə hərəkət eləmişəm; hərbçi olacam, cərrah olacam, polis olacam... Olmadım. Nə hərbçi, nə cərrah, nə də polis. Ancaq müxtəlif nöqtələri bir-biriylə kəsişdirən sahənin yiyəsi oldum: jurnalist.

Gördüklərimin nəticəsində uşaqlıq saflığıma qəbullandım. Bunlara qəbullana qəbullana isə ahıllaşdığımın fərqinə vardım. Fərqinə vardım ki, cərrah neştəri təkcə insanı xilas etmir, hərdən yanlış ayağı da kəsə bilir. Anladım ki, müqəddəs saydığım peşələrin bütün sahibləri çəhrayı rənglə boyanmayıb. Bunun bozu da var, qarası da... Gördüm ki, əskər əskər yoldaşını öldürəcək qədər qəddar olur bəzən. Bəzən də əskərlərini düşmənə verəcək qədər əclaf, Hərbi Sirri udqumundan yuxarı fışqırdacaq qədər xain ola bilir zabit. Uşaqların görəndə qaçdığı qədər də təhlükəli olarmış polis...

Yaxşılarının az olduğu polis peşəsinin pis sahiblərini gördükcə də...

Sevinirəm! Yaxşı ki polis olmaq fikrini qətiləşdirmədim. Doğrudur, polis olmaq məndən nəyisə almazdı. Nə vicdanımı, nə şərəfimi, nə dəyər bildiyim ailə sevgimi, nə adımı, nə də qürurumu. Ancaq mən özümdən alardım o adı. Vicdanlı polis olardım, amma polis kimi qalmazdım. Qala bilməzdim. Yox əşşi, mən polis ola bilməzdim!

Bilirsiniz olsam olsam, necə polis olardım?

Kiminsə əl qaldırdığı şərəfsizlərdən qoruyardım yaşlı insanları. Ağ saçlı qadının başına qoymazdım haramzada yumruğu toxuna. İmkan verməzdim hansısa mərdimazar bükülmüş belini bir az da büksün, əsən dizlərini bir az da titrətsin atam yaşlı kişilərin. Güclə saxlayan müvazinətinə qurban edərdim qollarımı. Dəyənəyimi o yaşlılara əl qaldıran şərəfsizlərə çırpardım. Qoluzorbaları qoymazdım at oynada küçələrdə. Bacım yaşlı qızları küçəboyu sürüyən mənşəyi bilinməz avaraları dürtərdim qanunun əxz etdiyi həbsxanalara.

Mən belə polis olardım, dostlar! İndi siz deyin, məndən polis olardımı?

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?