İslam- İnsanların Allaha qarşı sevgisidir

Yaşadığımız dövrdə dinin cəmiyyət üzərinə təsiri.

İslam cahillikdir! İslam avamlıqdır! İslam özünüdərkin önündə dayanan ən böyük maneədir! İslam sadəcə olaraq bir silahdır! İslam qazancdır! İslam bitərəflikdir! İslam-eyni bir dinə mənsub olan iki qardaşın bir-birini öldürərək qatil kimi damğalanmasıdır! İslam!... İslam!... İslam1...

Son zamanlar bu sözlərə az da olsa təsadüf edirəm. Cəmiyyətin bir hissəsinin belə düşüncələrə qapılmasının şahidi oluram.Həqiqətənmi İslamdan silah kimi istifadə edirlər? Həqiqətənmi İslam bizi irəli aparmağa qadir deyildir? Həqiqətənmi İslam bizə maneə törədir?

Ümumiyyətlə İslam dini nədir və bu dini necə başa düşməliyik? İslam- Allahın müqbilində kamil surətdə ona qərəzsiz, heç bir şərt olmadan tabe olmaqdır. İslam- İnsanların Allaha qarşı sevgisidir. İslam səadətdir, xoşbəxtlikdir, bərəkətdir. İslam nə cahillik, nə də avamlıq. Biz İslamı dərindən bilmirik deyə, ona dərindən bələd olmamağımızdan irəli gəlir ki, İslam haqqında mənfi ideyalar irəli sürmüş oluruq. İslamın cəmiyyətdə mənfi istiqamətdə formalaşmasına səbəb olan amillər:

1)Bəzi əlamətlərin İslam dininə istinadən yozulması. Məsələn, insanlarda olan xalların (Bu cür adamlar guya Allah tərəfindən seçilmiş insanlardır) müqəddəslik əlaməti bildirməsi. Buna baxmayaraq bəzi müqəddəs şəxslərin istisna edilməsi mübahisə doğuran məsələdir.
2)Əgər Allaha "kim" sualı veririksə o, insan kimi adlanmış olur. Yox, əgər "nə" sualı veririksə o, cansız bir əşya olur. Düzgün düşüncəyə qapılmayan insanlar bu nöqteyi-nəzərdən Allahın olmadığını deyirlər (əsasən ateislər).
3)İslam haqqında danışılan əsassız sözlər. Bir növ öz doğruluğunu itirmiş inanılası qeyri-mümkün olan rəvayətlər.
4)Fal, ulduz, kart kimi əfsanələrə inanmağı İslam dini ilə əlaqələndirmələri. Halbuki İslam dini bu kimi əməllərin əlehinədir. Qurani-Kərimdə belə əməllərin şeytan işi olması dəfələrlə qeyd olunmuşdur.
5)Hər hansı abidəyə nəzir şəkilində qoyulan pullar. Eləcə də ələm kimi dini inanclara inanaraq yığılan nəzirlər.Məsələnin maraq doğuran əsa tərəfi odur ki, nə səbəbə görə yığılan bu pullar hər hansısa şərtlə ( kiməsə yardım məqsədi ilə və yaxud hansısa cəmiyyətə xeyiri olacaq bir binanın inşa edilməsi səbəbilə) yığılırmı? İslam dini adı ilə yığılan pulların hansı məqsədlə xərclənməsini bilirikmi, Bunlara nəzarət edilirmi? Bu pulların hansı məqsədlə istifadə edilməsinə görə hesabat verilirmi?
6)Seyidlərə olan inam, onlara olan qorxu hissimiz. Onlara verdiyimiz nəzirlərin nə dərəcədə düzgün olması? Onların gəzərək kimdənsə pul yığmaları və yaxud kimisə özləri üçün şəxsi mənafe baxımından işlətmələri (əsasən ucqar kənd yerlərində).
7)Dini ən böyük təhlükə altında qoyan cəhət: qrup və məshəb ayrılığı. Sünni, şiə məsələsi. Ancaq sünni də şiə də bir məxrəcdə bərabərləşir-hər ikisi İslamdır.
8)Din xadimlərinin azadlığa və birləşməyə nail olmağın yolunu ilk növbədə cihadda görmələri. Bu kimi bir çox məsələlər İslama inamı azaltmağa, onu sarsıtmağa şərait yaratmış olur. Hər kəs din haqqında danışmağa acizdir. Hər kəs bu məsələ barəsində danışa bilməz. Hər kəs danışır ki, din bu günə qalmışdır.

İslam həqiqətən humanist, ədalətli bir dindir. Lakin dini savadsızlığımız və ya dünyəvi savadımızın olmaması bir məxrəcə gəlməməyimizi sübut edir.Təkcə dini və yaxud təkcə dünyəvi elmə sahib olmağımız dini mənimsəməyə şərait yaratmır. Bunlar paralel inkişaf etməlidir.

İslamda pir və ocaqlara inanmaq nə dərəcədə düzgündür? Buraya qoyulan nəzirlərin, burada edilən duaların, yapışdırılan əşyaların xeyiri nədir? Bunlar insanlara nə kimi köməklik edir? Əlbəttə bunların əksəriyyəti,(Məkkə, Mədinə kimi bir neçə müqəddəs yerlər istisna olmaqla) demək olar hamısı yalandır. Sadəcə bu inancdan irəli gəlir. Söz yox, pir və ocaqlar İslamın terminidir. Belə deyək- fərz edək ki,yuxuda bir insan ən çox gördüyü pir və ya ocağa gələn sağlam birinin ölməsini və yaxud xəstə birinin sağalmasının şahidi olur. Həmin şəxs bu yerləri müqəddəs bilir, möcüzə kimi dərk edərək inanmağa başlayır. Düşünmək lazımdır ki, səcdəni yalnız Allah qarşısında edirlər. Əlavə bir misalla fikirimi əsaslandırım: pir və ocaqlardan götürülən hansısa əşyanı oğurlayan birinin başına bir iş gəlməsi həmin ocaq və pirlə əlaqələndirmə oraya olan inamı daha da artırır. Və həmin yer müqəddəsdirilərək o yerdən qorxulmağa başlanılır.Elə pir və ocaqlar vardır ki,orada natəmizlik hökm sürür. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Maraqlıdır, bəs niyə həmin anlarda və daha sonra həmin natəmizlikləri edənlərin başına bir iş gəlmir? Deməli, hər hansı təsadüfi hadisəni nəyləsə əlaqələndirmək düzgün deyil.

Daha çox bayram aylarında əsasən el gözünə qəbiristanlıqlarda qəbirin üstündə çıraqların yandırılması, mollalara pul verərək "Yasin" kimi surələrin oxutdurulması dini baxımdan nə qədər düzgündür? Axı bu kimi neqativ halların islam cəhətdən düzgün sayılmadığını bildiyimiz halda bu kimi səhvləri niyə təkrarlayırıq? Bu kimi məsələlər İslam cəhətdən yox, xalqın adət-ənənəsi cəhətdən aradan qaldırıla bilmir. Xalq hələ də öz dinini-Avestasını unuda bilməyib. Əslində qəbirdə yatan ölülərimizi ziyarət etmək bir gün biz də öləcəyik-deyə ölümün qaçılmaz olduğunu başa düşməyimiz üçündür.

Həqiqətən də hər bir şeyi İslamla əlaqələndirməyimiz İslama olan inamımızı soyutmağa səbəb olur. Bunun ən başlıca səbəbi savadsız mollaların din ətrafında cəmləşməsindən irəli gəlir. Və yaxud din adından istifadə edən riyakar, saxta ruhanilərin etdikləri mənfi əməllərin nəticəsidir.Məshəb ayrılığının kəskinləşməsi isə İslama vurulan ən ağır zərbədir. Biz İslam həqiqətlərini anlayıb düzgün təhlil etməməyimiz səbəbindən dini tənqid edirik. Əslində tənqid olunan hədəf İslam yox, İslam dinindən istifadə edənlər olmalıdır.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?