Açar

                            


-Ay kişi, haradasan?
Gəl,çıx ! İşimiz başımızdan aşır. Elçilər qapıya çatır,sənsə hələ o krassvordu tamamlayırsan!
- Rəhmətliyin qızı, bir imkan vermədin ki, tamamlayım.
-Nə olub? Gələn,gəlib, qapını döyəcək. Bizdə xoş üzlə qarşılayacayıq. Bu nəyin təlaşıdır?!
-Necə yəni nəyin təlaşıdır?! :Qızıma  elçi gəliblər! Anayam,təlaşlı olmalıyam. Dur! Ay kişi, dur! Aman vermərsəndə. Gələndə xəbər edərsən,hazırlaşaram. Ay arvad, xəbərin var? Dünən kəndin ayağında Nisə bacı deyir ki, qıza elçi çıxdı, gərək, verəsən.Qız evdə qalsa, söz-söhbət olar. El-aləm nə deyər? Həə birdə cehiz... Bu cehiz var haaa bu bir nəslin aynasıdır. Nə qədər çox olsa, o qədər yaxşıdır! Həm qızın dili qayınana yanında uzun olar, həm də ananın üzü ağ olar! Afət bacı onun sözünü kəsib, dediki, bəs təhsil? 
Aman Allah. -Ay arvad, sən Nisə bacının baxışlarını görəydin ee. Az qalsın qara bulud kimi dağılsın. -Ay bacı, nə təhsil, nə savad? Nəyinə lazımdır?! Ər evində savadın nə işi var? Ana-nənələrimiz diplomlu olublar ki, nəvə-nəticələrimiz təhsilli olsun?!  Əsas doğan qarnı olsun!  Bura bax haa, Afət bacı, gərək ilki oğlan olsun! Onda ailəsi uğurlu olacaq. Hamı gəlinin başına and içəcək. Əridə boşamaz. Oğlan anasını kim boşayar?! Oğula ata lazımdır. : Nisə bacı yanılırsan. Övlad elə övladır. Cinsiyyət fərqi yoxdur.Hər ikisini verən, allahdır! Belə danışma! Günahdır! Məgər övladın oğlan və ya qız olması, qadına məxsusdur. Elə danışırsan ki, elə  bil hər kəsin öz əlindədir. Bir də ki, savadlı qadının nəyi pisdir? Elm, savad özü elə baş ucalığıdır. Söz deyib, quru divara gözünü zilləyib, baxmaqdansa, yaranan xırda problemi həll etmək əsas şərtdir. Bax, Afət bacı, sənin dediyin mənim fikirlərimə ziddir. Oxumaqdansa, ərə gedib, qulluq etmək savabdır. Tutaq ki,oxudum. Hə, nə olsun!  --Nə olsun?! Yəni dediklərimin heç birinin anlamı yoxdur? Cəhalətin qurtuluş açarı təhsilli qadındır!                                                                                                                                 

-Ay kişi, sən guya Nisə bacını tamırsan? Oxumaq istəyən qızını necə ağlada-ağlada ərə verdi. Ağlamaqdan, qızı ürəyi getdi. Gərək düşün tərzini dəyişəsən. İnsan ilk olaraq, özü öz düşüncələrini dəyişsin. Sonra kimlərəsə. ağıl fikir versin. Nisə bacıda isə tam əksinədir. Təhsil deyəndə  qadını elə bir cin vurur. Daş atır, başını tutur. Belələri heç vaxt nə azlacaq, nə də artacaq. Düşüncəsi, yaşayış tərzi elə stabil olaraq, qalacaq. Vay o gündən ki, onun ocağına diplomlu gəlin gələ... Hə, onda Nisə bacının avazı yavaşdan çıxacaq. Təhsil və elm qızlara lazımdır. Dünyanın qurtuluş açarı qadının bətnində yoğrulan körpənin təhsil və savadından asılıdır. Ya açar, o kilidi açacaq, yada ki, o kilid omürlik  pas tutacaq. -Nəysə, ay kişi söhbətə tutdun. Qonaqlar gəldi! Gedək, qarşılayaq. Nisə bacəlar kimi minlərlə insanlar var. Sən hansına yetişəcəksən? Ən azından kiməsə yardım edə bilərik! Düzdür! Təhsilli övlad baş ucalığıdır...


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?