"Atdan düşüb, eşşəyə minənlər"

-Ay kişi, haradasan?
-Nə var? Yenə nə olub?
-Bir bəri gəl-görüm. Sözüm var ee, sözüm. 
-Hə, nədir? Tənginəfəs qaça-qaça gəldim.
-Xəbərin var?! Həsənqulu kişi nəsə narahatdır.
-Niyə? O, narahatdıır, sənə nə?! Əşşi,ay kişi, üzümə niyə belə baxırsan? Bütün kənd çalxalanır ee.Səndə deyirsən ki, sənə nə...
Yadındadır, qanad açıb, kənd əhlini tanımırdı. Salam vermirdi, bizlər salam verən də, almağa canı çıxırdı. Hə, ay arvad, yadımdadır. Düz deyirsən, pulu artıq idi. Bağdan, bostandan bol idi. Qara camaatı tanımırdı. Salam verəndə, gözlərini bərəldib,  üzümüzə  elə baxırdı. Gör e,qurban olduğum necə edər?!  Hə, deyirlər, şəhərdən adamlar gəlib. Həsənquluya deyiblər ki, ayağını cızıqdan kənara qoyma! O da  mat-məttəl onların üzünə baxa-baxa qalıb. Gələnlər tək gəlməyib. Özləriylə iş avadanlıqları gətiriblər. Odur ee, Həsənqulu kişinin qohum-əqrəbəsi onlarla işləməyi bacarmadılar. Kəndin savadlı, kitab görən balalarını bələdiyyəyə çağırıb,sorğu-sual edirlər. Kişidə narahatdır. Elə hey başını qaşıyır. Ay arvad, sənin bu dilin var haa, nə atılası, nə də ki, satılasıdır. -Boy, ay kişi, nə dedim ki, indi günahkar yenə mən oldum?!-Az heçnə demədin! Əsas odur ki, kəndə tutduğu divanı indi ona tuturlar.Yuxarıdan-aşağı baxmaq onun xoşuna gəlirdi. Elə bilirdi ki, bir başı çıxan gəlməyəcək, elə o, at oynadacaq. -Hə, ay kişi at demişkən, deyirlər, atınıda əlindən alıblar... Həsənqulu kişi indi eşşəyə minib,kəndin bu başından o başına var-gəl edəcək.-Ay arvad, yadındadır: -Deyirdi ki, mənim babalarım at üstündə böyüyüblər! İndi özü qalan ömrünü eşşək üzərində başa vuracaq. Necə deyərlər: "Atdan düşüb, eşşəyə minənlər"-dən olub. Çalışaq ki, kim olduğumuzu unutmayaq. Şans bircə dəfə insan üzünə gülür. Bu zaman insanlığı unutmayaq. Üzə gülən şans vaxt gələr, səndə küsüb,uzaqlaşa bilər. Amma etdiyin hərəkətlər və dediyin sözlər sənin həyatda hansı əmələ sahib olduğunu unutdurmaz. Gün gələr, şansınla qazandığın insanları vəzifənlə itirərsən! 



Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?