Bir musiqi ömrünə ölüm yoxdur...

Bu gün peşəkar Azərbaycan musiqisinin, milli opera, operetta, musiqili komediya janrının, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı, banisinin doğum günüdür. Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar.

O, azərbaycanlı musiqişünas alim, müəllim-ustaddır. Ədəbi-bədii əsələri ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturq, Azərbaycan SSR-in və müstəqil Azərbaycanın dövlət himnlərinin müəllifi, əsl ictimai xadimidir.
Belə bir şəxsiyyət haqqında müxtəlif məzmunlu əsərlər yazılıb, filmlər çəkilib. Bunlardan ən təsirlisi Səməd Vurğunun yazdığı "Ölüm sevinməsin qoy" şeiridir:

Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəçək.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Budur baxır üzümə, baxır sənətkar gözü
Yenə gülür, danışır, nəfəs alır Üzeyir.
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsindən qanad açır min şeir.

O sabahda bizimlə addımlayır yanaşı
Koroğludan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı
Şöhrət tapdı adınla bizim ana yurdumuz

Mən bu kiçik şeirimi yazıram göz yaşımla
Çünki vidalaşıram öz ürək sirdaşımla!

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?