Gözəl mələk...

Qadın- yer üzərinə göndərilmiş bir mələkdir. Qanadsız, zəif və bir o qədər gözəl. Gözəllik ilahəsinin verdiyini gözəlliyi əzablara dəyişən. Ya da ki, buna məcbur edilən. Qəlbini deyil, həyat yollarını zəncirləyib, sonsuz qaranlığa yürüyən bir mələk. Bilə-bilə bu yolda addım başı qanadı qırılacaq, incidiləcək, gözləri dolacaq. Bəzən istəmədən, bəzən də istəyərək, alovlu yollarda yürüyər. Tövbəsini pozan, hisslərində vazkeçən, duyğularını dəyişən köməksiz qadın. Kimisi adət-ənənə qurbanı olar. Kimisi də şər-böhtan. Xəyanətkar damğası vurularaq, cəzalandırılar. Və yaxud da günahsız yerə gəncliyini qaranlıq, soyuq məzarda çürüdər. Evdə ata, qardaşının, ailədə yoldaşının namus tərənnümü olan qadın. Boşandıq da isə əxlaqsız adlı təhlükəli bir məxluq. Qadın yalnız əsarət altında namuslu ola bilər! Azadlıq qadının əxlaqına mənfi təsir edər. Onu pozar! Şüursuz düşünər. İki ayaqlılara yem olar! İki seçimi var. Ya əsarət altında ata qoltuğuna sığınar. Ya da ki, namus keşikçisi sayılan ər tərəfindən öldürülər. Gözəllik onun üçün sadəcə ölümdür. Öldü! Namus damğasından canı qurtuldu. Nə doğduğu, nə də ki, doğacaqları başqaları üçün maraqlı deyil. Arzu, xoşbəxt həyat, düşünmə bacarığı, istəmək, sevmək onun biləcəyi bir iş deyil. Bunlar qadının boyunu ötüb, keçər. Cəmiyyətin qınaq mənbəyi olar. Böyüklər üçün bu ar deməkdir.  Qadın özü boyda problem söz-söhbətdir. Cəmiyyət onsuzda qınamağa yer axtarır. Sözüm hər kəsə şamil edilmir. Payına düşən bir çömçə çəkəcək. Hamının Tanrının qulu  olduğunu bilirik. Və şəkdə etmirik. Bəs tanrının yaratdığı bu mələklərin niyə kiməsə qul olduğunu və yaxud qul kimi davrandığının qarşısını almırıq? Tək hesab veriləcək, yer və zaman bəllidir. Niyə həyatımıza görə şikarına baxan canavarlara hesab verək? Həyatın qutlu olsun, gözəl mələk!


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?