Duyğuları saçında dolaşıq qadın...

Qadının bitdiyi yerdən başlayır öz gücünü dərk etməsi. Bütün yaşadıqlarının sayğacıdır soyuqqanlılığı. Mənə bir qarışqa yumurtasının yağı qədər səbəb göstərin inanmağa. Əvvəl insana, sonra yaşamağa. Söz verirəm dinlədiyim mahnıya olan sevgi qədər, söz verirəm ki, inanacağım ilk insan sonrakı bütün insanlara bağ yaradacaq. İnam bağı. Tək insan! O bir insan bəs edəcək həyata tutunmağa. Nəfəsə hava almağa, səhər oyanmağa... Calaq atacam həyata; yeni növdə, daha bəhərli, şax. Kiçik nəsnələrdir nəhəngləri qəlibləşdirən. Yaşam sənin səhvlərindən getməli olmadığımı göstərən divar deyil. Mən daha böyük və yalnız özümün yanacağı səhvlərlə qaçmalıyam ona. Həyat budur. Yanmaq, yıxılmaq, donmaq, bəzən də ərimək... Sonra bükülmüş dizlərini üstündə saxlayan ayağını əsməcəli atasan yerə və şalvarının balağını çırpa-çırpa gedəsən ot-olafın içində evinə tərəf. Həmin o inandığın tək adamın olduğu evə. Onun olduğu hər yer sənin evindir. Beyin yarımkürənin biri donur. Qarışıq suallar tək beyinlə cavab verməyə məcbur qalır. Üyüdülməyə hazırlanır. Ələnir də. Ələkdən keçməyən böyük fikirlər ilişir setqa boyunca. Baxırsan ki, əslindəsə heç nə keçməyibmiş dəmir məsamələrdən. Keçənlərsə ya “hə”lərdir, “yox”lardır, “yaxşıyam”lardır... ya baş yelləmələr... ya da çilli sifətinə sürtdüyün təbəssümlər... Heç nə reallıq deyil. Dilinin altında validol gizlənər. Daha acı, sağaltmamaq üzərə. Daha sarı və daha iri. Kiçilməyən və hər toxunuşunda regenerasiyaya uğrayan. Hər loxmada, hər qurtumda çıxar dilinin üstünə və dodağın boyunca gəzişər. Nə yeməyin dadı qalar, nə də çayın istiliyi. Boğazına gətirərsən hamısını. Ancaq gətirdiyin kimi də qaytararsan. Önə deyil, geriyə. Gəldiyi yerə. Bu minvalla min dəfə udarsan yediklərini. Min dəfə udarsan qaytardıqlarını. Qaytarmadıqlarını. İnsan ömrü nədir ki? Bir gündüzlə gecə arası qədər yaşaya bilməyən insan düşünsək, ömür nəfəs alıb verməmək qədər təzadlı ölçüdədir. Kəpənək ömrünə çatmayan insan düşün, incinməmiş ürək, qırılmamış qanad, vurulmamış kürək, tapdanmamış qürur, silinməmiş üz, qurumamış vicdan, ağırlaşmış boyun, iriləşmiş baş, yarım mənəviyyat, çılpaq dil və soyuq gün... Sən hansında varsan. Varsansa hansında? Boğazdan yuxarı çıxa bilməmək yıxır adamı. Çıxmağa cəhd edib yıxılmaq yox, çıxa bilməməyini qəbul etmək yıxır adamı. Mübarizə aparmadan məğlub olduğunu demək, vuruşmadan döyüldüyünə müti olmaq, öldürmədən öldürdüyünə yanıt vermək... Diziüstə çöküb topuğundakı ağrının ürəyindən sancdığına qulaq kəsərsən. Ürəkmi, topuqmu?! Sonra ayağını kəsərsən; əvvəl ümidlərdən, insanlardan, sonra özündən, içindən, MƏNindən, ən sonda yerdən... Kimsənin yerdən ayaq kəsməsinə səbəb olmayın, vicdanınıza zərərlidir, onu öldürə bilər. 

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?