"KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!" (nəzirə)

 Bu günlərdə mercekhabergazetesi.com saytında qazeteci-yazar Mehmet Zengin in "SIFIRDAN BİR NESİL YETİŞTİRMEK DURUMUNDAYIZ" adlı yazısını oxudum. Mükəmməl bir yazı idi. Yazıda bu abzas daha çox diqqətimi çəkdi. Yazar vurğulayır ki, "bu gün, Vatanını ve milletini seven, sorgulayan, beynini kiraya vermeyen ve hiçbir şart altında kişisel menfaatini ülkesi ve milletinin menfaatinden önde görmeyen birey yetiştirilmesi eğitimin ana hedefi olmalıdır..." Qeyd edilən cümlədəki "beynini kiraya vermeyen" kəlməsi "KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR" adlı şeirimin yazılmasına səbəb oldu. 

Yazının linki: https://www.mercekhabergazetesi.com/makale/1562728/mehmet-zengin/sifirdan-bir-nesil-yetistirmek-durumundayiz

Kiminin arzusu, kiminin qəlbi,

KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!

İndi çox yazinin, şeirin təbi,

KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!

 

Qaçdıq özümüzdən özgələr kimi,

Böldük VƏHDƏTİ də döngələr kimi,

Artıq həyatın da sevinci, qəmi.

KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!

CANLI CƏSƏDLƏRLƏ doludur ətraf.

Günahkar RUHLAR da dolaşır "saf-saf "!!!

Qaranlıq gecələr, açılan sabah,

KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!

Çaşdırıb bu həyat dostu, yadı da,

Qırılıb ALLAHIN ümid qanadı!!!

İNSANLIQ özü də, İNSAN adı da,

KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!

Yaqut Hüseynova

# YAZARIN DİĞER YAZILARI

Yazar Yaqut Huseynova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz

01

Mehmet Zengin - Yazım hakkında ifade ettiğiniz bu güzel yorum için Şükran’larımı sünüyorum. Yazımdaki bir cümle size şiir için ilham kaynağı olması da ayrıca memnuniyet verici.

Yanıtla . 1Beğen 25 Haziran 21:05

Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?