ABDURRAHİM KARAKOÇ:- "TUT ƏLLƏRİMDƏN..."

Həyat qəribədir, nə zaman nə ilə qarşılacağımızı özü tənzimləyir, sanki özü belə olmasını istəyir. Bağladığımız dəftərləri zamanı gəlincə, özü bizə, yenidən məhz qəlbimizin əli ilə açdırır. Halbu ki, o vərəqlərin son səhifəsi elə ürəyimizin özünə etdiyi son etiraflarla qapanmışdı... Həyat bu!!! Bəzən gətirəcəyi və verəcəyi bizə möcüzə kimi görünsə də, acıları şəkərə çevirən, məhz yaşananlardı. Daha doğrusu, yaşamaq istədiklərimizdir. Əslində, ömrümüz gözlədiyimiz həqiqətlərlə bizi tanış edərkən, içimizdən səssizcə bir kəlmə keçir:-"Həyatımın rəngi tamamlandı..." Dünya fani, amma rəngləri əbədi... Fəqət, qəlbimizin rəngini sevgi və bağlılıq yansıdır. O elə bir rəngdir ki, hər həyatın payına düşmür, hər ömrün səmasında dua yağmurlarından sonra, doğan göy qurşağı kimi parlamır. O elə bir göy qurşağıdır ki, hər rəngində ÜMİDİN və ARZULARIN anlamı dil açır. O anlamlar, bəzən həzin bir musiqi kimi yansıyar düşüncələrə, duyğulara. Dinlədikcə, yorulanRUHUMUZUN acısı unudular və yaxud zamanla azalar. Aradakı fərqi, məhz özün duyarsan. Amma bu fərqin nuru ətrafına da sıçrayar. Nəticədə yolculuk başlayar... İNSANIN özünə yol aldığı yolçuluk... Bəlkə də ilk addımlar qorxudar səni, amma cəsarət, yenidən həyatı qazanmaq, daha doğrusu həyatın bir zaman düşünmədən İTİRDİYİ SƏNİ qazanmaq duyğusu yoluna mum kimi işıq salar. Mumun saçdığı işıq kiçik olar, fəqət o nurun içindəki inamla birgə yaratdığı vəhdətin parıltısı gözləri qamaşdırar. Artıq sən həyatı yox, həyat səni və addımlarını izləməyə, öyrənməyə çalışar gizlin-gizlin olsa da. Öyrəndikcə, bəzən məsum bir cocuk kimi də gülümsər üzünə... Yenə də aldanmazsan, bu gülümsəmələrə... Çünki çox gözəl bilirsən, bəzi gülümsəmələrin ürəyində açdığı yaraların izi heç vaxt qapanmır. Çox vaxt qapanmış kimi görünər... Fəqət, o yaralardan axan qanın rəngi çöhrəndəki sirri çözülməyən baxışlarda ortaya çıxar... 

 Üzləşdiyin həqiqətlərdən qorxmazsan. Çünki həqiqətlər incidər insanı, amma yaralamaz. Dürüstcəsinə davranar bizlə. XƏYAL qırıqlıqlarına uğratmaz düşündüklərimizi. Çünki "məni olduğum kimi sev, olduğum kimi tanı" deyər, bizə həqiqətlər. Ən əsası da "olduğum kimi qəbul etmənə gücün yetəcəkmi, mən heç bir zaman dəyişməm deyər, dəyişdiyim zaman da adım həqiqət olmaz ki!!! Mənim bu olmazım, sənin var olanın ola biləcəkmi?" deyə, suallar verər sənə. Bu sual düşünməyə zaman tanımaz. Bəlkə də həyatın yeganə sualıdır ki, cavabı düşünüldüyü zaman yox olaraq, min dondan-dona girər!!!
   Həyatı sevinclərlə sevməyə alışıb insan. Amma həyatda elə söylənilənlər var ki, sevincdən də ötə olar.  Dərininə vardıqca, incidiyimiz, daha doğrusu, qəlbimizi incidən doğruların mahiyyətindəki həqiqətləri görərik və susarıq, ŞİKAYƏT adlandırdığımız kəlmələrin önündə...
   Sakitcə bir köşəyə çəkilərik. Yenidən yıxılmaqdan qorxarıq, inandıqlarımız tərəfindən. "XƏYALLARIM YOXDUR..." deyərik, özümüzlə söhbətdə. Amma unudarıq ki, XƏYALSIZ İNSAN yoxdur. Sadəcə  XƏYALLARINI nəinki ətrafından, özündən belə GİZLƏYƏNLƏR var... 
   
   ÜSYAN edərik... ÜSYAN DOĞRULARIN duyulmayınca hayqırışlarla söylənilməsidir. 

-Ən böyük ÜSYAN bilirsən, nədir? 

-ÖZÜMÜZÜN özümüzə söylədiyimiz, fəqət duymaq istəmədiyimiz DOĞRULARIMIZDIR!!!
Həyatımız kitablıqları xatırladar. Fərqli cildlərdə olan kitablarla zəngin kitablığı. Varlığımız o kitablığın MƏCMUSU KİMİDİR... Səhifə-səhifə vərəqlənər sevdiklərimizin qarşısında, amma YALNIZ BİZİ SEVƏN tərəfindən sətir-sətir anlayaraq oxunar. Çözümlər bulunar, gah araşdırılar, gah da oxunduqca susqunluqlar yaranar. SUSQUNLUQLAR, cavabını aradığımız sualların toplusudur. Bəzən o toplu birər-birər cavablara varar, həm öz içində, həm də  SEVDİYİNİN  səbrlə, sevgiylə bir dost kimi söylədikləri ilə... Bəzən soruşmaqdan qaçarsan, çünki zamanla alınan yaraların ağrılarını yenidən yaşatmaqdan qorxarsan. Çünki SEVMƏK incitmək deyil, qəlbinlə duya bilməkdi dərinlikləri. Onlar haqda danışmadan belə... Sevgini ararsan, bir həqiqət dayanar qarşında, məhz bu kəlmələrlə:-"EŞQ UMİD DEYİLDİR, SEVGİ SEVGİNİ dəlicə yaşamaqdır, bütün həqiqətləri ilə bir ömür YAŞAMAQDIR!" Ətrafın, sanki bir sehrə bürünər. GÜLMƏK istərsən... Və anlayarsan ki, GÜLMƏK üçün heç bir sehrə ehtiyac yox, SEVƏNİN varlığını duya bilmək gərək. Onun var olmasına bütün varlığın və qəlbin ilə izn verə bilməkdir....




                  
 SEHİRLİ  GÜLÜŞLƏR  DİLƏYİ  İLƏ,
Yaqut Hüseynova

# YAZARIN DİĞER YAZILARI

Yazar Yaqut Huseynova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?