Dəli kimi sevib, ağıllıca unudan kimi görünəndi qadın

Birinin oxşamağa həsrət qaldığı qadın, başqa birinin hər gün döydüyü qadındır... Birinin bezdiyi qız başqasının əlçatmazıdır... Atanın vurduğu övladı ata olmaq istəyənin göz dağıdır... Həyatdır! Kimi yaşayır, kimi doldurur onu. Yaşamaq üçün ya sinənə sıxıb qoxusunu içəri çəkəcəksən, ya da sinənə sıxıb qoxusunu içəri çəkəcəkdin. Olmayanları doğmaq yerinə olanlarla qalmaqdır reallıq. Hər döyüntüyə min rəng vermək lazım deyil, hər şey tez soyuyur, tez solur, tez ölür. Geriyə isə baxışlar qalır; ya üzünə, ya da arxasınca... Qadın, bəzən burnunun suyunu axıtmağa dəyməyən insanlar ömrünü axıdırlar sənin, beləcə bütövlüyünə xitam verirlər. Kəsirli qalırsan həyatdan; 6 göyqurşağı rəngi kimi, 9 barmaqlı kəs kimi, qaşsız göz kimi... və nələr kimi, nələr! Sən kəmkəsirlə böyüyürsən çalarlı münasibətlərdən. Kök atırsan insanlara; qırışsız, dərin. Ən dərin kök atdığın insansa sənə görə müqayisəyə gəlməz kimsəylə. Birini müqayisəyə gətirəcək nə isə - sənin üçün onun qədəri - yoxdursa müqəddəslik onda deyil, gözlərdədir, gözlərində, onu bütləşdirən baxışlarda. Əslindəsə heç nə büt qədər dəyərli deyil. Dəyərlər verdiyimiz qədər olsaydı bu ayrılıqların qıçı çoxdan sınardı. Hələ ki ikiayaqlı, sapsağlam yaşayırlar! Bütləşdirdiklərin də yaşayırlar və sənə görə həmişə bütövdürlər. Bütövlük birindən gəlirsə o, nigaran qalmalıdır özündən. Yarımlaşa bilmək qorxusuyla... Elə ki bir buğda düşdü aşağı, elə bil Xeops uçdu başına, dünyan yıxıldı ayaqları altına, yer çəkildi kainatdan, metroitlər sillələdilər üzünü. Budur çətin olan; baxdıqlarının gördüklərin kimi olmaması. Sənsə çox gec beyninə üyüdərsən bunu... Çünki asanlıqla sevib, çətinliklə belə unuda bilməyəndi qadın. Varlığıyla gülsə də, bu, bütün əzalarının min hesaba güc gəlməsidir. Qadın sinəsi sipərdi həyatında olan kəslərə. Dəli kimi sevib, ağıllıca unudan kimi görünəndi qadın. Çünki sevəndə nifrəti gözə alan qadın, unudulana qədər çoxdan unudan kimi görünəndi. Unudan kimi görünəndir dedim, çünki unutmaz. Upuzun pərdə çəkər xatirələri önünə. Nə badə bir balaca meh əsə. Bax onda onun də əsər; təkcə əlləri, saçı, dodaqları yox, ürəyi, ruhu, hisləri... Çətinlik 9 saniyəyə (bəzən də daha erkən!) ona hamilə qalmaq qədər asandır. Hər çətini növbətisi əvəz edər; daha qatı, tünd və sapsarı... Ancaq o qadın dimdik dayanar, dabanı çat kəssə də, vücudu qırışsa da, beli əyilsə də, dizi bükülsə də, saçı ağarsa da! Baş barmağını dodağı boyunca gəzdirərək əsnəyən qadın düşünür bunları. Bütün bu fikirlər ani reflekslə hökm eləyir zehninə. Saat kəfkirinin səsi belə pozmur sakitliyini. Kitabının səhifəsinisə pəncərədən əsən meh aşırdır bir-bir... “Görəsən, oğlum kim olacaq; döyənmi, əzizləyənmi? Anasının oğlu, bacısının qardaşı, dostunun yoldaşı... İnsan qala biləcəkmi?”. Bəzən oğlunun ha üfüləsə də mavi balonunu doldurmağa nəfəsinin yetməməsi kimidir həyat. Doldurmağa çətinlik çəkdiyi, amma tək toxunuşla parça-parça edə biləcəyi həyat kimi... Qapı dəstəyinin taqqıltısına diksinir. Oğluydu. Ona xəfif gülüş payı verməyi borc bilir. Bütün gələnlərə borc bildiyi o gülüş payından... - Ana, səni çox istəyirəm! - ... - Bir söz deyim? - De, ananın balası. - Atamı da istəyirəm. Bacımı da istəyirəm. Babamı da. Süsən xalanı da. Gülşəni də. Onun anasını da. Artıq başa düşmüşdü; oğlunun dünyası çəhrayıdır. Orada sevgidən əskik qalan, döyülən qadın ola bilməz. Çünki sevgidə çətin olan pöhrə verməkdi, verdisə böyüyəcək! Oğlumun sevgisisə onunla yaşıddır, onunla böyüyür. Burda bütün qadınlar seviləcək, bütün qadınlar güləcək!

Azadə

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?