Bəhanələr sayəsində...

   

   Deyirəm, ay kişi bu xətakar insanlar uzaqdan parlayan şüşəyə bənzəyir. Necə bəyəm? Xətanın nə vaxt və kimdən gələcəyi bəlli olmaz! Sən gəl bu atı etibarlı yerə bağla, səhəri gün aparan olsa deməsinlər ki, dirək çürük idi. Bunların sağı-solu zatları kimidir.
-Bəsdir, ay arvad! Nə çərənliyirsən?
Nə deyirəm ki, o gün Qasım kişinin qızının işində hissləriylə rəftar edən biri onun işini bəyənməyib, narazıçılıq edirdi. Guya ki, heçnə bacarmır. Elə də iş olar?! Gecəsini gündüzünə qatıb, çalışıb-çabalayır. Heç kimdə görmür.
Elə ki uşağı üçün dərman almağa gedir. Hər kəsin gözünə girirki, bəs yerində deyil. Ay arvad, sən canı gəl yemək çək, bir qismət çörək yeyək. Sonra söhbətinə davam edərsən. Yaxşı. Yaxşı gəlirəm. Əl-üzünü yu gəl! Bəsdir, yeməyi gətir. Gəldim. Gəldim. Hə, harada qalmışdıq. Görürsən, deyirəm axı xudbinlik insanın daxilində olur. Biri  ondan savadlı olsun o dəqiqə yerində vurnuxur. Şüşə kimi başı parıldayır.
Hər şeyə bir bahənə tapır. Ağıl dəryasında üzən gəmisinə ancaq bəhanələr yükləyir. Nəticədə  qarşısının sözünü kəsərək, bəhanələrə yer yoxdu deyir. Əə zalımın balası beyin yükün bəhanələrlə yüklənib. Bir o yükdən azad ol.
Parlaq günəşə bax. Yox ee  bir dəki günəş onun nəyinə lazımdır. Günəşdən də bərq vuran parlaq dəriyə sahib kəlləsi var axı?! Qamaşan gözləri ətrafı görməkdə acizdır. Rəhmətliyin qızı sözünün mustafasını de bilək! Sözümün canı o dur ki, həyatda bu qədər pislik edənlər və edilən pisliyə göz yuman saysız hesabsız "adamlar" var.
Cənnət olan yeri mundarlamaq nəyə lazım? Məgər iti söz söyləmək, düzünü demək, fikir bildirmək qəbahətdir?! Bəlkə onun ayağının bildiyi sənin heç başın bilmir? Ehhh ay arvad sənin düşüncənlərinlə dünya gülüstana dönsəydi, o parlaq başlar indi dəmir döyərdilər. Dəmir niyə? Sənin sözünü iti dəmirlə kəsmək üçün gecə-gündüz döyəcləyərdilər. Boy başıma xeyir! Ay arvad  bu gedişlə bizdə olan cənnətdə əlimizdən alınacaq. Bəhalər sayəsində...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?