Talış dağlarının yamacındakı "İnci"

Nağıllar aləminə səyahət etmək istəyirdim. Çox düşündüm,və sonda hər bir güşəsi cənnət olan məmləkətimin yaşıl obası olan cənub bölgəsinə yollandım.Önümdə uzanan yolların sonu yaşıllığa çıxar,deyərək, nə az nə çox düz beş saatdan sonra yaşıl boyasıyla ətrafı ağuşuna alan Masallıya çatdım. 

Yol boyu bir-birini izləyən zirvələri məğrur duruşu və dörd bir tərəfi yaşıllığa bürünən təbiəti, mavi buludları göydə rəqs edərkən, insan necə valeh olmasın? 

Cənnəti sevməmək mümkün deyil.
Çis dumanlı,  yaşıl yamaçları və bu yamaçların ətəyində yerləşən incisi haqqında sizlərə qısa məlumat verəcəm. 
Hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarət olan Talış dağları, Kiçik Qafqaz dağlarından Əlburz (İran) dağlarına keçid həlqəsini təşkil edir. Talış dağları cənub-şərqdə Əlbürs, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.
Cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. 

Masallıya gəlmişkən,onun dillər əzbəri olan "İstisu" sanatoriyasını görməsəm,şəhəri incitmiş olardım.
  İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir.Müalicəvi su hər dərdə davadır.

https://www.youtube.com/watch?v=3-GTtuRk6ds&t=20s

Cənub bölgəmizin İnciləri Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara hər kəsin gedib, görəsi yerlərindəndir.Zəngin təbiətiylə yanaşı folkloru, bununla yanaşı süfrələri bəzən təamları  ləvəngi, partlama, turşəplov,Girdəbic balıq,Balıq sırdağı)bu bölgənin təamlarına yad olan hər bir kəsin damaq dadına dad qatar.
Özünə xas limonu ilə dillər əzbəri olan şəhər həm yerli həm də xarici turistlərin böyük rəğbətinu qazanıb.

Dəniz limanı sayılan Lənkəran şəhəri insanı bütün sevgisiylə qucaqlayır, ona yoldaş olmağa çalışır.
Liman şəhərinə doğru addımladıqca, təmiz havanı ciyərimə çəkə-çəkə  dənizdən gələn rüzgarı hiss etmək insanı xəyallar aləminə qərq edir.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?