Qadın, ana və sülh...

WhatsApp%2BImage%2B2019-04-25%2Bat%2B17.28.56.jpeg

Yaz fəsli olmağına baxmayaraq, qadının qışı yeni başlayırdı. Səssiz-səmirsiz qapını döymədən, içəri daxil olan kədər və izdirab  onu həyatını bir anda məhv etdi. Qapıdan içəri girən qadın, özüdə hiss etmədən dizlərini yerə atıb, səsi batana kimi ağladı. Niyə ağladı? Kimə bu üsyan? Yalnış yazılan taleyəmi?! Yoxsa onu təkliyə atıb gedən insanamı? İnsan dedim! İstəmədən! Kənardan ikiayaqlı olub,daxilən dördayaqlı olan insan! Sevən insan sevdiyini qoruyar. Ona sadiq qalar. Bəs, sən nə etdin? Hələ ana olmaq sevincini yaşaya bilməyən bir qadına sən qız doğdun deyə qolundan tutub küçəyə atdın. Dünyasını qaraltın. Xəyallarını bəzəyən adam! İncitdin! Gözündən axan hər bir damla yaşın hesabını ağır ödəyəcək şəkildə onu incitdin! Məgər qızuşağı doğmaq qəbahətdirmi? Məgər ana olmaq günahdırmı? Analıq sevinci əlindən alınan qadın sənə nə ahlar etmişdir. Bir bilsən?! Nağıl dünyası sonlanan qadın.Sənin adın ağırdı. Bundan sonra atdığın addıma diqqət et! Bazara getmə! Danışma! Dinmə! Arzu və istədiklərini gizlin saxla! Axı sən tərk edilənlərdənsən?! El içində gülmə! Boşanan qadın hansı gününə gülər? Xeyir dua vermə! Qız doğmusan! Xeyir duanı bəxtəvər qadın verər! Toya gedəndə qızını gəlin masasına yaxın buraxma! Oğlan anası irəli dur! Gəlinin qucağına sənin oğlun otursun! Qızım getmə! Sağ əlini gəlin qızımın başına çək ilki oğlan olsun! Yandırıcı sözlər. Həm də bir qadın tərəfindən deyilir. Görəsən dodaqları alışıb,yanmadımı? Axı özüdə qadındır? Birini alçatmaq bu qədərmi asandır?
  Acı sözlərdən sonra günəşin bərq vuran çağlarında onun qəlbi artıq çoxdan don atmışdır. Qızını bağrına basıb,sabahı ağlayaraq, qarşılayar. Tək istəyi qızı xoşbəxt olsun.Sevsin,sevilsin. Ata evində qardaş gəlin yanında qanadı qırıq olur, yarımçıq qadının. Yox! Yox səni qınamıram,ana! Günah bizlərdədi.Özümüz öz əllərimizlə öz həyatımızı, dünyaya yeni gələn qızlarımızı aşağı tuturuq. Cəhalətə qapı açıb,sonra özünü adam bilən adamlardan imdad diləyirik. Qorxma! Azad ol! Övladınla,arzularınla. Yaşamaq insana bir dəfə verilirsə,tale insana iki və ya üç dəfə verilir. Şəms Təbrizi necə gözəl söyləmiş: Düzənim pozular, həyatımın altı üstünə gələr deyə əndişə etmə. Haradan bilə bilərsən həyatın altının üstündən daha yaxşı olmayacağını?
 Səndə həyata tutun.Övladın üçün zaman sənə elə cığır açar ki, uğuru onu atıb-gedənə ibrətamiz dərs verər. Xəyallar aləminin gözəl sakini, birgün zəncirləri qırıb,gerçək həyatla savaşacaqsan.Öz xoşbəxt günəşin ocağınıa isidəcək. Sən də üzülmə qadın! Yağmurlu dünyanı fərhləndirəcək,biri olacaq.Sənə qol- qanad gərəcək. Günəşi o insanla görəcəksən. Çətinliklər insanı alçatmır.Əksinə sənə güc verib,həyata tutunduracaq. Yaşa və gör! Səni ayaqda tutan həyatın verdiyi dərslər və bu dərslərin nəticəsidir. Gözlərindəki soyuq yaşı sil. Qızın və gələcək günlər üçün nar çiçəyi rənginə boyan. Gülüş çöhrəndən, mərhəmət qəlbindən əksik olmasın! Hər bir şeyə inad yaşa! Ana olduğun üçün xoşbəxtsən,bəxtəvər ana. Cəhalət səndən qorxar.Oxu,öyrən və öyrət. Qucağında körpənlə ovcunda vicdan kitabıyla ruhunda sülh göyərçiniylə.Qadın,ana və sülh bu üç kəlmə cığırı işiqlandıracaq.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?