Limon kimi turşməzə, mandarin kimi şirin bölgə

masall%25C4%25B1.jpg

Yüksələn xətlə hərəkət edən fikirlər və anidən diyirlənən qərarlar. Tavandan yerə sıçrayan qərarsızlığım saat əqrəbi üzrə 1-də dayandı; cənub zonası.

Elədir, cənub bölgəsinə üz tutdum; öncə  Masallıya, sonra Lənkərana. Dedim, İstisuyu görmədən Lənkərana getsəm, zonanın ən böyük şəhəri  Limanında üşüdər məni. Sığındım Masallının təbiətinə, eynilə yolboyu ucalıb bir-biriylə bütövləşən ağacları kimi.

masall%25C4%25B1%25C4%25B1%25C4%25B1%25C4%25B1.jpg

Suyu isti, havası sərin olan məkandan danışacam. O məkan ki, eşidənlərdə həsrət, görənlərdə maraq yaradır. Mən də maraq yarananlardanam.  

 Yaşıllıq, quşların ötüşməsi, maşınların təkəm seyrəkliyi, həşəratların kolluqda höcətləşməsi...

 Körpülərdən keçib uzun məsafə qət edəndən sonra istiqamətim Ərkivan, Allahyarlı, Qəriblər, İstisu oldu.

İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda yerləşir.

Dəniz səviyyəsindən 1650 metr yüksəklikdə Dəmbəlov dağının döşündə, Viləşçayının sahilindədir.

Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır.

Sübut olunub ki, isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit,göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatikağrılar müalicə oluna bilər.

Aylardan aprel. Bakı küləyinin qovduğu məni Lənkəran sahilinə çəkdi. Yenə də külək vardı, amma bu külək başqa idi. Adam istəyirdi elə hey üzü küləyə tərəf getsin. Səliqəli küçələrin yaratdığı yollar inam yaradırdı; ekologiyaya. Hə, Söylü xala, ekologiya budur; qara yuyub ağ sərmək.

Mayakların cızdığı istiqamətlə şəhəri bir az da gəzdim. Gəlib təndirdə qızaran ləvəngidən dadmayasan, Sahil parkında bir stəkan tünd çay içməyəsən, yalan olar gördüklərin. Dadı qaçar gördüklərindən aldığın ləzzətin.

denizz.jpg

Eşidib görmək, görüb dadmaq, dadıb qərar vermək ən ədalətli üsuldur. Gördüklərim içrə ən az Şəmkir qədər nəvazişli, maraqlı, səliqəli, qaydalıdır Lənkəran. Lənkəran da, Masallı da. Limon kimi turşməzə, mandarin kimi şirin.

Masallı, Lənkəran, Bakı 

Azadə

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?