Qarabağam

Hər sübh çağı torpağımda Azan səsi ucalar,sinəmin üstündə körpə fidanlarım addımlayardı.Toy-büsatlarım bir başqa idi. Vağzalı  səslənirdi qəlbimdə tarın, balabanın,tütəyin səsi ilə.Ruhumu oxşayardı.Qız-gəlinlərim buz kimi şəffaf bulaqlarımın üstünə gələrdilər. Həzin-həzin meh əsər, quşlar,bülbüllər cəh-cəh vurardı.Hər il İstisuya,Oxçuya qonaqlar gələrdi.Sevərdilər məni və torpağımda yetişən barlı büsatlı nemetlərimi.Bir başqa idi torpağımın bayramları. Bir ay əvvəl qız-gəlinlərim bayramlara hazırlaşardı.Torpaqlarım şumlanar,zəmilərim təmizlənərdi. Gələcək nəsillər üçün babalar meyvə ağacları əkərdi. Əlləri xınalı olurdu qızalarımın, analar sevinc göz yaşları axıdardı.Hər bir ocaqdan körpə səsi ucalardı. Cıdır düzündə qızıl atları mərd oğullarım  çapardılar.Meşələrimdə xan çinarlarım ucalardı.Meyvəsi olmasada neçə qəhrəman igidlərə kölgə olmuşdu,kölgəsində əyləşib nəvələrinə nağıl danışan babalara dayaq olmuşdu xan çinarlarım. Şuşadan Bülbülün səsi ucalar, bağrımda Xarı bülbüllərim çiçək açardı.Ağ örtüklü damları ilə məşhur idi Ağdamım.Qızılı torpaqları ilə məşhur idi Kəlbəcərim.Barlı busatlı idi Laçınım,Füzulim,Xocalım,Cəbrayılım.Çinarlarıyla öyünərdi Zəngilanım. Xocavənd, Əsgəran, Ağdərə Xankəndi,Hadrut qəhrəmanlar məskəni idi. Elimin obamın hər tərəfində “sarı gəlin” səslənərdi. Tarixlər boyu iz qoymuş,kök salıb elim obam. Xoşbəxt idik.Bir idik. Bütöv idik.Güc tapardım övladlarımdan.

zen.jpg

İlahi sən demə dəhşətli günlər taleyimizə yazılıb.Gülüşlər susdu, ocaqlar söndü,qanlı göz yaşları axıdıldı.Talandım,parçalandım,  əzildim öz elimdə əsir düşdüm.Zor gücüylə ayırdılar doğmalarımdan.Sərhəd çəkdilər.Bir zamanlar sinəmdə ağac sulayan övladlarımın qanları hər bir zərrəmə səpələndi. Susdu tarım,kamanım, ,balabanım.Anaların bağrı övlad dərdiylə yandı.Əlləri xınalı gəlinlərim başsız qaldı.Övladlarım üçün məskən olan torpaqlarım bir gecədə zindana döndü.Dünyaya gələrkən ağlayan körpələrim hələ gün işığı görmədən süngülərdə gəzdilər.Böyüyüb barını nübar etmədən körpə fidanlarım ağaclardan asıldılar. Zor gücüylə bağrımdan övladlarımı ayırdılar,kökündən qopardılar məğrur xan çinarlarımı.Qəsibkar ermənilərə görə bir zaman cənnət olan meşələr qanlı cəhənnəmə çevrildi.Hər tərəfə atəş açılır qaçmaqdan başqa əlacları olmayan övladlarım göz yaşları içində tərk edirdilər ata-baba yerlərini.Körpələr diri-diri yandırıldı,qocaların baş dəriləri soyulurdu.Anaların göz yaşıyla axan qanlar bağrımı dağlayırdı. Göz yaşlarıyla övladlarını yuydular analarım.Gülüş səsləri ucalan evlərdə ata -ana fəryadı göylərin bağrını yarırdı,balası qucağından alınıb diri-diri bağrıma basdırıldı.Neçə- neçə insanlar öz sağlamlıqlarını itirdilər,bir ömür boyu qaranlığa həbs olundular.Şəhid oldu torpağımda böyüyən oğullarım. Dadaşın,Bəhramın,Təbrizin,Ədalətin, Bəhruzun,Müşfiqin bütün bu amansızlığı dünyaya çatdıran Çingizin  qanları axıdıldı bu müqqədəs torpağıma.İgidlərim şəhidlik zirvəsinə ucaldı .

xocali-qurbanlari-26_02-08.jpg

xocali.jpg87732a8s-960.jpg

Axı niyə? Nə idi günahları?

Türk idilər deyə? Yoxsa Allahın onlara bəxş etdiyi  bu cür torpaqlarda yaşamaqlarımı?

Kimlər bağrına dağ çəkilmiş anaların dərdinə məlhəm olacaq? Övladlarından ayrı düşmüş Qarabağam. İllərdi əzab çəkirəm, bağrım yanır.Bilirəm yenə xoşbəxt olacayıq.Hər bir qarış torpağımda Azan səsi ucalacaq, toy-büsat olacaq, yenə anaların gözlərindən sevinc göz yaşları axacaq.Bilirsiz nə zaman şəhidlərimin ruhları şad olacaq? Qarabağsız böyüyən Qarabağlılar Qarabağda böyüyəcəklər. Bilirəm övladlarım mənim üçün gələcəklər.Azad olacam.Mənim qüdrətli,rəşadətli övladlarım var. Lələ təpədə Azan səsi səsləndirib,3 rəngli bayrağımı sinəmə sancdılar.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?