Yazmağı buraxıb şeiri yaşar oldum - "Elif kimi" sevənlər...

Sevda nədir? – dedi şair. Sonra boğazını arıtlayıb elə özü də cavab verdi: “Sevda, sənin sevdiyin bir mahnını dinləyərkən sənin də o mahnını dinləmə ehtimalına bağlanmaqdır”.

“Elif gibi sevmek”. Hikmet Anıl Öztekinin “şehadet edər kimi sevməsi”.

Deyir mən «yazmağı buraxıb şeiri yaşar oldum». O üsyan etmir ayrılığa, üsyanı özünədir, həyata ondan sonra hələ də onunla davam etməsinədir: “Sorun senden ayrı olup, sanki hala seninleymiş gibi yaşamaya devam etmek”.

IMG-20170417-WA0064.jpg

Oxuduğum son kitabdan bəhs edəcəm:“Elif gibi sevmek”. Ən son belə kitabları 3 il əvvəl oxumuşdum: “Sabah uykum”. Ahmet Batmanın ilk kitabı. Və “Soğuk kahve”. Üçüncü kitabını oxuya bilməmişdim. “Bana ikimizi anlat”ı deyirəm. Heç dördüncün də oxuya bilməmişəm. Nə isə, başımı fırladım mövzuya. Bu tip kitabların Türkiyə türkcəsində olmasını sevirəm. Hələ sətirbəsətir oxuyarkən fonda musiqi və başımın üzərini alan tənhalıq (təklik daha uyğundur) varsa “tamamdır!” hər şey. Oxu ki, oxu. Yorulmazsan, gözünü kitabdan ayırmazsan, lap Süzən xala qapını döysə də, oğru pəncərədən boylansa da, nə bilim, nə olursa da ayrılmazsan barmaqlarını bərkitdiyin səhifələrdən. Elə hey aramla oxuyarsan, bəzən də pıçıldayarsan sözləri. Yanında (özü də sol yanında) kimsə varmış kimi hərdən fors da edərsən. Bu nəyin ədasıdır demə, dostum. Bilməzsən çünki. Səni yox, özümü deyirəm. Bilməzsən nəyin səbəbinə ədalara sarıldığını, baxışların xumara dirəndiyini. Sadəcə oxuyarsan: “Bir Elif yağmuru yağmış bir adamın yüreğine...”.

Sevmelerin en güzel adıdır Elif gibi Sevmek, Elif gibi Sevmek, Varlığı bir olan Allah'a şehadet eder gibi Sevmektir...

Biri gəldi həyatına və bir gün gəldiyi kimi də getdi. Getmək üçün gələnlər başqalarına göstəriləcək ibrətdi. Ki həyat budur, hər yol magistral deyil. Dolanbac yollara yalnız piyadalar güc gələ bilər. Gözləri həsrətlə dolan bu gecənin həsrətini əridərmi, əridərmisən gəlişinlə? Kirpiklərimdən özünü atan yaşların zillətini silərmi, silərmisən gəlişinlə?

55959605_2012448622382444_7604658958174781440_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fgyd5-2.fna&oh=542bc01c54c4fbb7cca5b82274b4542d&oe=5D0448DC

“Ah”larımın küləyi saçlarımı bir – birinə çırpa – çırpa pırtlaşıq elədi, Təkcə bu deyil. Kaş dərd pırtlaşıqda olsaydı, Onunla da bitsəydi... Yol çəkən gözləri sevişər bir xatirəylə və dinməz. O gün... O günkü həsrətə yazılacaq hökmünü oxumuşdu. Getdilər. Gəlməmək üzrə çıxdılar həyat payından. Sənsə elif kimi sevdin və onun kimi dimdiksən həyatda!

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket SİZCE SEÇİME ŞAİBE KARIŞTI MI?