"Xeyir və Şər" və yaxud da daxilimizdə qidalandırdığımız canavar...

 

theoceanthewave-blogspot-com.jpg

   Çalışaq ki, ətrafı yalanın, təkəbbürlüyün, paxıllığın ətri bürüməsin. Bahar təravəti kimi olan dürüstlüyün, sülhün və ədalətin ətri bürüsün. İnsanı önə aparan bu ətirdir. Digəri isə sadəcə bir addım önə iki addım geriyə getməyi vadar edir.

Bəşər yarandığı gündən cəmiyyətin formalaşması uzun yol qət etmişdir. Keçməkeşli yollarda demək olarki, insan oğlunun həyat hekayəsində hər zaman xeyir və şər mübarizə aparır. Qalibiyyət zəfərini xeyir də, şər də çalsa, bunun təsirindən kədərlənəndə sevinəndə insan olur. Xeyirin Şər üzərində və yaxud da Şərin Xeyir  üzərində çaldığı zəfər qələbəsini kitablarda çox oxuyub, azacıqda olsa məlumatımız var. Fikirlərimi geniş yazıb, sizi yazımdan yormaq istəmirəm. Danışmaq istədiyim mövzü insanın daxilində formalaşan ətrafı paxıllıq, xəyanətkarlıq, eqoistlik və ən əsası el arasında deyilən "yekəxanalıq" ətri ətrafa yayıldıqca günahsız olan Xeyir artıq Şərin qoxusuna təslim olur. Və həmin insan özünü önəmli və faydalı biri zənn edir.  (Xeyir və Şər kimi ) Bunun nəticəsində isə daxilində xeyir atəşi yanan insan isə kənardan qınaq obyektinə çevrilərək, hədəf mərkəzi olur. Yəni uzun sözün qısası haqqlı ikən haqqsız duruma düşür. Şərin "qələbəsi" artıq fövqalhadə vəziyyətdən çıxaraq, reallığa çevrilir. Xeyirsə həmişə olduğu kimi çılpaq bir şəkildə hər kəsdən uzaqda gizlənməyə çalışır. Xeyirin əlbisəsi ilə ətrafda var gəl edən, Şər hər kəsin gözündə müqəddəs  və ali olur. Sözümə qüvvət olaraq, sonra kiçik bir hekayəni sizlərlə paylaşacam.
   Çoxdan bəri, bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı.
— Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir.
Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür, lovğalıq, yalan.
İkinci canavar isə xeyirin təmsilçisidir: sülh, sevgi, ümid, mərhəmət, sədaqət.
Uşaq bir qədər düşünüb soruşur :
— Bəs axırda hansı canavar qalib gəlir ?
Qoca gülümsünüb cavab verdi :
— Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur. Gəlin, həmişə daxilimizdə olan Xeyiri qidalandıraq. Çünki   o, bizə hər zaman lazım olur...


Günel Ağayeva
# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket SİZCE SEÇİME ŞAİBE KARIŞTI MI?