Fatmanisənin "qarıyan" qızları və ya "Qız yükü, duz yükü"...

Fatmanisənin "qarıyan" qızları və ya "Qız yükü, duz yükü"...

Deyirəm, bu dövrdə qız böyütmək çox çətindir. Dünyaya gəldiyi gündən ta ər evinə yola salana kimi qoru, arxasınca qaç biş-düşü,qayınana-qayınata  qulluğunda durmağı öyrət. Uşaq dünyaya  gətirsin,uşaq deyəndə oğlan uşağı əsas şərtdir.Həm dili uzun olur, həm də yerini bərkitmiş olur. Biz qızı elə öyrətməliyik ki, sabah  bizim başımızı aşağı salmasın. Qadın ərə gedər,döyülər,söyülər. Amma dilini  dinc saxlayar.Atasına, qardaşına görə səsini çıxarmamalı,onların başını həmişə uca etməlidir. Bu qızların ən ümdə borcudur.

   Hələ siz bu Kazım kişinin qızlarına baxın?!  Oxuyublar. Nə olsun ki? Oxutmaq elə də vacib deyil.Qızın əlində bir diplom əksik olsa,dünya qara geyinməzki?! Uşaqlara nə öyrədəcək? Yazı-pozunu, yoxsa qələm tutmağı? Oxuyan qadının düşüncəsi başqa cür olur. El-aləmə özümüzü rüsvay etməyək. Deyəcəklər ki,Qasımın qızları diplomlu,ata evində qarımışlardı.Məktəb yerinə ərə versəydi əgər indi yüküdə azalacaqdı. Oxumuş qadın, dik baş olur. Söz söyləmək olmur.Elə o saat hədələyir.Belə edərəm,elə edərəm.Məgər nənələrimiz elə olub?! Harada söyləsən,orada oturar,ev- eşiyi,həyət-bacanı təmizləyər,uşaqları çimizdirər,yatırar,böyüklərə kömək edərdilər.Yeri gələn də,ailəsi üçün canından keçər,hər dərdə dözməlidir.Necə deyərlər, ”Qız yükü ,düz yükü”.Gördün ki, qızın bir az böyüdü ,ver ərə, canın qurtarsın.

Fərsiz. Məndən olub mənə oxşamayan bibisi sifət. Nə vaxta kimi dörd gözünü kitablara bərətməklə keçirdəcəksən? İstəyirsən desinlər ki, Fatmanisənin qızı evdə qarıdı, alan yoxdur dördgözü? Neyləmək istəyirsən axı? Güya oxuyub alim olacaqsan? Yaşın 30-u keçəndən sonra qapını heç kim tıqqıllatmayacaq, qalacaqsan dizinə döyə-döyə. Qızım, gəl daşı tök ətəyindən, dikəlt başımızı, atanın da mənim də utancdan qılımız qınımızda. Ailə qur!”.

 Hə, bu, belə anaların hər gün qızlarına israrla etdiyi məsləhətlərdən seçmələrdir. Qızlarına öz dövrlərindəki ÖZləri kimi baxan anaların. Düşünürlər ki, qız ki kəkil çıxartdı ərə verilməlidir, qurtardı! Qız uşağı biş-düş etməyi bacarmalıdır, biçmə-tikməni bilməlidir, döşəməni şüşə kimi silməlidir, süfrəni xətt salmadan ütüləməlidir... Gözəl! Ancaq qız uşağı yalnız bunları bilməli deyil. Bundan əvvəl də bilməli olduqları var. Bunları bilən ana gələcəkdə övladına dadlı yeməklər bişirməyi öyrədəcək, qaynadılmamış çay dəmləməyi başa salacaq, hələ yorğanın üzlüyünü çəkəndən sonra dörd bir tərəfini tikməyi də öyrədəcək, ancaq onun öyrədəcəkləri qızını gələcəkdə dabanını yerə basan qadın kimi formalaşdırmayacaq. Ola bilər, qayınanasının sevimli gəlini olacaq; həyat yoldaşının əziz qadını, övladlarının zəhmətkeş anası. Ancaq özünün heç nəyi. O, ətrafındakılara hər şey qazandırdığı halda özündən alacaq verdiklərini. Bir onlara verdiyində min özündən əskiləcək. Çünki qadın yalnız bunları etmək üçün yaradılmadı.

Qadın hər ət qaynadıb onun kəfini alanda bir kitab səhifəsini oxumadan qarışdıracaq yağ soğanını. Xurşidbani Natəvandan xəbəri olmadan gedəcək mağazaya. Ala gözlü bu qadın Nigar Rəfibəylini tanımadan böyüdəcək övlad (lar) ını. Niyə? Çünki ailə ənənəsinə sadiq qaldı...

 Qınaq haradan başlanılmalıdır; anadanmı? Ananı bu vəziyyətə gətirən cəmiyyətdənmi? Yoxsa cəmiyyəti yetişdirən mühitdənmi? Nədən?!

 Bu suallar boğazımda elə tıxac yaradıb ki, ha arıtlasam bir balaca belə yuxarı qalxmaz. Bu tıxacda indi haradasa barmağının ucunu isladıb səhifəni səhifə  üstə aşırdan qızcığaz “radar”a düşüb:

“Fərsiz. Məndən olub mənə oxşamayan bibisi sifət. Nə vaxta kimi dörd gözünü kitablara bərətməklə keçirdəcəksən? İstəyirsən desinlər ki, Fatmanisənin qızı evdə qarıdı, alan yoxdur dördgözü? Neyləmək istəyirsən axı? Güya oxuyub alim olacaqsan? Yaşın 30-u keçəndən sonra qapını heç kim tıqqıllatmayacaq, qalacaqsan dizinə döyə-döyə. Qızım, gəl daşı tök ətəyindən, dikəlt başımızı, atanın da mənim də utancdan qılımız qınımızda. Ailə qur!”.

 Əgər bu sözləri təkrarlayacaqsansa, heç nə demə, ana, onun öz bildiyini etməyi sənin bu dediklərindən min dəfə artıqdır; daha az təhlükəli, daha azad.

 Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?