Geriyə baxışlar qalar; ya üzünə, ya da arxasınca...

aza.jpg

 Ya sinənə sıxıb qoxusunu içəri çəkəcəksən, ya da sinənə sıxıb qoxusunu içəri çəkəcəkdin. Olmayanları doğmaq yerinə olanlarla qalmaqdır reallıq. Hər döyüntüyə min rəng vermək lazım deyil, hər şey tez soyuyur, tez solur, tez ölür. Geriyə isə baxışlar qalır; ya üzünə, ya da arxasınca...

 Birini müqayisəyə gətirəcək nə isə - sənin üçün onun qədəri - yoxdursa müqəddəslik onda deyil, gözlərdədir, gözlərində, onu bütləşdirən baxışlarda. Əslindəsə heç nə büt qədər dəyərli deyil. Dəyərlər verdiyimiz qədər olsaydı bu ayrılıqların qıçı çoxdan sınardı. Hələ ki ikiayaqlı, sapsağlam yaşayırlar!

Bütövlük birindən gəlirsə o, nigaran qalmalıdır özündən. Yarımlaşa bilmək qorxusuyla... Elə ki bir buğda düşdü aşağı, elə bil Xeops uçdu başına, dünyan yıxıldı ayaqları altına, yer çəkildi kainatdan, metroitlər sillələdilər üzünü... Budur çətin olan; baxdıqlarının gördüklərin kimi olmaması.

 Sevəndə nifrəti gözə alanlar unudulana kimi çoxdan unudanlar kimi görünənlərdi. Unudanlar kimi görünənlərdir, çünki unutmazlar. Upuzun pərdə çəkərlər xatirələri önünə. Nə badə bir balaca meh əsə. Bax onda sənin də əsər; təkcə əllərin, saçın, dodaqların yox, ürəyin, ruhun, hislərin... Çətinlik 9 saniyəyə (bəzən də daha erkən!) ona hamilə qalmaq qədər asandır. Hər çətini növbətisi əvəz edər; daha qatı, tünd və sapsarı...

 Hər ayrılıqdan sonra insan nələr sevəcək, nələr görəcək, nələr unudacaq, nələr dəyişəcək. Hər birində güləcək də, ağlayacaq da. Ancaq yenə bütün yaşadıqları İLKin kölgəsində qara görünəcək. Kölgədəkilərsə ağa qalxmazlar.


Azadə Bayramova
# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?