Yazıya keçəcək qədər yaşananlar çətin deyil əslində...

Keyiyər daha. “Nə qədər döyəcləyirlər, döyəcləsinlər. Bir az daha artıq, istəyirsən, bir az da!”, – deyərsən. Onlardan incinə – incinə keyiyər vücudun. Vücudun da, ruhun da. Varlığın əlində qalar sanki. Ağrıların xronikası hissetmə reflektorunu söndürər. Tərpənməz, nə mərkəzə qaçma sinirucların, nə də…

Susmaq? Hə, sakit! Ən gözəl olanı. Həyatdan sağ çıxanın silahıdır bu. Darağında tək gülləsi olan və ancaq özünün hədəf olacağı silahı. Bu, susub nəfəsinlə sorduğun hər anına güc qatmaqdı bəlkə də…
Alt və üst kirpiklərin öpüşə bilmirsə, demək, qırpmadığın gözlərinə sədd çəkib ağrıların. Onları görməyən kənar gözlər buna fitri istedad deyər. Əslində… Çətindi. İnan, çox çətindi. Barmaqlarım şahid, gözlərim, ürəyim şahid… Ən çətini çətinliyi yazmaqdı, çünki yazıya keçəcək qədər yaşananlar çətin deyil əslində, barmaqlarına dolananlardı çətin olanlar. Azmış hislər qələmdə dolaşar, pırtlaşar bir – birlərinə, üfüləsən oradaca qırılar… Qırılar, amma açılmaz düyünlər.


20171227_204314.jpg

   Hər not ya büsbütün doğma gələr, ya da tamamən yad...

Əvvəl küsdüyün həyata indi qucaq açarsan. Sevdiyindən, nə də xoşluğundan deyil. Yox! Özünü hiss etdirdiyi üçün. Özünü səndə yaşatdığı üçün, ya da səni özündə. İndi hər qıvrıldığın kədərinə səni çəpik çaldırdığı üçün. Bilərsən ki, səni bükməz daha nə isə. Əvvəlkilərdən daha betəri varmı?! Və dik dayanıb onu məcbur edərsən qulağını dodaqlarına yaxınlaşdırmağa. Pıçıldayarsan: “Mən nələr yaşadım, nələr, səndənmi qorxacağam?!”. Sonra yenə üstünə gələr, yenə. Sənsə şikayət etməzsən. Nə etmək istədiyini bilmədən axıdarsan ömrünü. Bilməzsən, çünki bildiklərini yaşamamağın əziyyətinə dayanmışdın. Axıdarsan ömrünü demişdim, yanılmışam… Sən nə karəsən ömrü axıtmağa, həyat səni atar o axına və bir gün ONDA yox olarsan…
Azadə Bayramova
# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?