"Məmməd Əmin Rəsulzadə"nin izilə... "Əsri"-dən gələn haray

 

  

   Deyirəm, ay kişi 31Yanvar tarixidə yaxınlaşır.Aylar,illər, əsrlər nə tez gəlib, keçir.Dünyanın sürətinə çatmaq müşkül vəziyyətə çevrilib.Nə yaxşı ki, "Azad" və "Müstəqil" bir dövlətin vətəndaşlarıyıq.Bu torpağın tarixi səhifələri canla, qanla yazılıb. Kimsə bu millətin nə biləyini bükə,nə də ki, kürəyini yerə vura bilməz.

   Bizim kökümüz zəfərlər çalan babalarımızla başlayıb, övladlarımızla davam edəcək.

  Yadında ay kişi biz onu"Bir kərə qalxan bayraq, Bir daha enməz” şüarıyla kitablardan tanıdıq. Sinif otağımızın lövhə istiqamətində onun ümidli gələcəyə və bu gələcəyə çıraq tutan gəncləri görən gözlərini ağ-qara fonlu rəsmi ilə tanıdıq.O,hər bir Azərbaycan sərkərdəsi kimi canı,qanı bahasına bu dövləti uzun illik əsarətdən xilas etdi.Soyuq günlərin isti nəfəsiylə xalqını hər zaman düşünən,xalqı yolunda hər bir addımı gözə alan, o üç rəngli bayrağı“Azərbaycan Xalq Cümhuriyyəti”nin üzərində  cəmi cümlətami 23 ay saxlamağına rəğmən O, bugündə  bizlərin qəlbində yaşayır. Və Azərbaycan tarixində  yaşayıb, silinməz izlər qoydu. Onun maarifçiliyi,dünya görüşü Azərbaycan üçün döyünən ürəyi  xalqını zəfərdən-zəfərə səsləyirdi.İndi onun səsini  hər kəs duyur və O,bizimlədi.

   Məmməd Əmin Rəsulzadənin rəsmi soyuq "Mozaik"lərdə deyil, isti ürəklərdədi. Və hər şeyə rəğmən Məmməd Əmin Rəsulzadə o şanlı üç rəngli bayrağı xalqına, millətinə, azadlıq uğrunda canından keçən 20Yanvar şəhidlərinə, Qarabağ qəhrəman və qazilərinə, xalqı öndə aparan rəhbərə əmanət etmişdir. Məmməd Əmin Rəsulzadə gələcəyin soyuq nəfəsindən qorxmayaraq, keçmişin isti nəfəsini üstün tutmuş, övladların, gənclərin xoş yaşaması üçün ən əsası "AZAD DEMOKRATİK DÖVLƏT"üçün son nəfəsinə kimi bayrağı "VƏTƏN"səmasında dalğalandırmışdır. Məhz buna görə Şərqdə qadınlara ilk səsvermə hüququ "Azərbaycan Xalq Cümhuriyyəti”nə aiddir. M.Ə.Rəsulzadə təkcə xalqını sevən sərkərdə deyildi. O, Azərbaycan  siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. M.Ə.Rəsulzadə "Acı bir həyat",Milli Birlik", "İstiqlal Məfkurəsi və Gənclik" və s. sadalamaqla bitməyən əsərlərin müəllifidir.Eşidirsən Mirzə onu hər bir azərbaycanlı tanıyır.Aylar,illər keçməsinə baxmayaraq,vətən sevdalısı bu sərkərdənin harayı indi "ƏSRİ"dən gəlir. "Gələcəkdən gələn soyuq nəfəs, keçmişdən gələn isti nəfəsi soyuda bilməz". Hər  il olduğu kimi tazə ilə söz verərək, ümidli sabaha güvənərək,bilirik ki,"ƏSRİ" dən gələn"VƏTƏN" harayı doğma torpaqda rahatlıq tapacaq.

 135 yaşın mübarək!

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?