"Baxım heç vaxt gec deyil, heç tez də deyil" - Kosmetoloqdan GÖZƏLLİK SİRLƏRİ

Bu dəfəki müsahibim həkim-kosmetoloq Aynur Əhmədovadır.
- Sizi daha yaxından tanıyaq.
- Mən Aynur Əhmədova, “Kəbirə” tibb mərkəzində həkim-kosmetoloq vəzifəsində  çalışıram.
- Sahənizin özəlliyi nədir?
- İncə sənətdir, xanımlara düzgün qulluq sahəsini öyrətmək, xanımların bilmədiyi gözəllik sirlərini aşılamaq, onları dəyişdirmək, dərini təbii yollarla müalicə etməkdir. Bütün bu işlərlə məşğul oluram.
- Niyə məhz kosmetologiya sahəsi?
- Çünki mən incə işləri sevirəm. Əslində həkim olmaq istəməsəm də ailəm məni həkim olmağa məcbur etdi, çünki atam və anam həkimiydi. Mən yenə də həkimliyi öz sevdiyim sahəyə, incə sənətə çevirməyi bacardım və incəliyi, gözəlliyi sevdiyim üçün kosmetologiyanı seçdim.
IMG_6397-copy.jpg
- Xanımlar həmişə baxımlı olmaq istəyir, təravətli qalmaq istəyirlər. Bunun üçün ilkin olaraq nə etmək lazımdır?
- Hava şəraitindən və yaşayış mühitindən asılı olaraq qadınlar daha yaxşı olar ki, kasmetoloqa, həkimə müraciət etsinlər. Ev şəraitində təbii ki, hər bir qadının əsas işi dərisinə qulluq etmək, üzünü təmiz saxlamaq, skrablardan istifadə etmək, gündəlik üz qidalandırıcı kremlərdən yararlanmaqdır. Ən çox rastlaşdığımız problemlərdən biri də gündən qorunma vasitələrin istifadəsiylə bağlıdır. Ləkə olsa da, olmasa da bu vasitədən istifadə etmək lazımdır. Bu, mütləqdir. Hətta günəşlənməyə, yəni el arasında “zaqar almağa” gedəndə belə mütləq gündən qoruyucu vurmaq lazımdır.
- Bəs o vasitələri necə düzgün seçim edə bilərik?
- O mənim çox böyük yaralı yerimdir. Bəzən pasiyentlər gəlib müxtəlif firma adları çəkirlər. Ucuz və ya bahalı firma olmasından asılı olmayaraq əsas odur ki, onu həkimlə məsləhətli şəkildə istifadə etsinlər. Həkimin tövsiyyə etdiyi vasitələri alsınlar.
- Neçə yaşdan sonra kosmetoloqa müraciət oluna bilər?
- Xanımlar gəlib deyirlər ki, “mənim hələ qulluğa ehtiyacım yoxdu”, amma baxırsan ki, əsl vaxtıdır. Əslində baxım heç vaxt gec deyil, heç tez də deyil. Düzgün qulluq, dərini təmiz saxlamaq lazımdır. Bəzən xanımlar fikirləşir ki, əgər gündəlik üzünü sabunla, lasionla yuyursansa, bu, qulluq üçün yetərlidir. Ancaq belə deyil. Hər bir qadın individual dərisinin növünə uyğun olaraq ona qulluq etməlidir. Çünki seçim düzgün olmayanda fəsadlar ağır olur. Buna görə mütləq həkim məsləhətindən yararlanmaq lazımdır.
- Dəriyə qulluqda fəsil fərqi varmı?
- Təbii ki. Bu yaxınlarda üzü ləkəli pasiyent gəlib ki, kasmetoloq hazırladığı kremi almışam, ləkəni çox gözəl aparıb. Ancaq o kremlərdən də istifadədə ehtiyyatlı olmaq lazımdır. Çünki onların tərkibində civə elementi var. Ləkəni çox gözəl aparır, ancaq sonra fəsadları olur. Bu mənada, fəsilin önəmi var. Ləkələrlə bağlı müalicədə mütləq payız fəsli seçilməlidir. Yaxşı olar ki, payız-qış mövsümlərində başlasınlar.
- Demək olar ki, növbəti aylarda başlaya bilərlər…
-  Mütləq.
- Aynur xanım, pasiyentlər əsasən, hansı problemlərlə bağlı müraciət edirlər?
- Müraciətlər daha çox dəri ləkələriylə bağlıdır. Demək olar ki, 80% pasiyent bununla bağlı müraciət edir, qalan o 20% pasiyent isə dəridəki səpkilərlə, sızanaqlarla, quru dəriylə bağlı. Bəzən elə bir xanım gəlir ki, 23 yaşı var, ancaq dəriyə qulluqda gecikib. Baxımsızdır, qurudur.
- Bəylər də müraciət edir?
- Bəylər o qədər də müraciət eləmirlər. Onlar həm kompleks edir, həm də bizdə bu o qədər də qəbul olunmayıb. Bəylər heç onlara aid olan sahədə həkimə getmirlər, göndərmək mümkün olmur (gülür).
- Hər bir həkimin kiçik resepti olur. Siz o sirli reseptinizi bizimlə bölüşə bilərsiniz?
 - Təbii ki. Bu gün elə bura gələndə də klinikamızdakı xanımlara demişəm ki, ən gözəl və təbii vasitə “E” və “A” vitaminini  hər axşam bir ay müddətində göz ətrafına çəkməkdir. Çox yaxşı effekt verir. Gözətrafı qırışaların qarşısını alır, hətta üzə də çəkmək olar. Üzdəki qırışların artmasına da mane olur.
- Onda bu vasitə həm də yaşla bağlıdır…
- Əsasən, 18 yaşdan 35 yaşa kimi istifadə edən xanımlarda effekt verir.
- Başqa formada dərimizi gözəlləşdirən vasitələrdən də istifadə edirik. Bu da fəsadlı olur. Dəriyə qulluqda səhvimiz nədir?
- Belə hallara çox rast gəlirəm. Qış aylarında xanım gəlmişdi, deyirdi ki, üzümə qulluq edirəm, ancaq görürəm ki, dərisi normal vəziyyətdə deyil. Soruşuram ki, üzünüz niyə bu vəziyyətdədir? Razılaşmır, deyir ki, daim qulluq edirəm, müxtəlif maskalardan istifadə edirəm. Soruşanda ki, hansı maskadır elə? Deyir ki, “badyaqa” maskası. Təsəvvür edin, qışın günündə “badyaqa” maskası qoyur və rahat gəzir, elə bilir ki, bu, düzgündür. Bəzən yağlı dərili xanım gəlib deyir ki, üzüm üçün yağlardan istifadə edirəm, ancaq yağlı və məsafəli dəriyə yağ vurmaq olmaz. Əksinə, dərinin yağlanmasının qarşısını alan vasitələrdən istifadə etməliyik.
- Bəs kimyəvi pilinqləri ev şəraitində etmək olar?
- Qətiyyən. Bəzən kolleqalarım pasiyentlərinə evdə istifadə etmələri üçün verirlər. Mən bunun əleyhinəyəm. Çünki pasiyent onun fəsadlarını bilə bilməz. Əgər pasiyent bunun fəsadlarını bilsə o kremi almaz. Çünki pilinq asan prosedur deyil. Mən neçə ildir ki, işləyirəm, bu yaxınlarda allergiyalı pasiyenti pilinq etdim, üzünə çəkəndə üz dərisi qabarıq forma aldı. Mən tez əzələdaxilinə iynə vurdum, baş verə biləcək fəsadların qarşısını aldım. İndi düşünün, bu, ev şəraitində olsaydı nə olardı. Buna görə həkimlər də diqqətli olmalıdır, pasiyentlər də. O ki, qaldı karbon pilinqə, bunu bütün fəsillərdə etmək olar. Ləkəli, məsafəli, yağlı, səpkili, xırda qırışları olan dərilər üçün lazımdır.
- Üzə zəli qoyulmasına münasibətiniz necədir?
- Zəli qoyulmasının əleyhinə deyiləm. Zəlinin ziyanı yoxdur, ancaq üzə zəli qoymaqla gözəlləşmək o dərəcədə də inandırıcı deyil. Ancaq ümumiyyətlə, zəlinin qoyulmasının heç bir ziyanı yoxdur.
- Neçə ildir işləyirsiniz?
- 10 ilə yaxındır. Bir neçə klinikada işləmişəm, hazırda isə “Kəbirə” tibb mərkəzində çalışıram.
- Sizcə, uğurlu xanımsınız?
- Çalışıram, uğurlu xanım olum. Yenilikləri öyrənməklə, pasiyentlərlə işləməklə, ən əsası, onları maarifləndirməklə irəliləməyə çalışıram.
Azadə Bayramova
# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı şehrinizde parlatın, bu tanıtım fırsatını kaçırmayın!

0 (544) 375 03 30
Bilgi için tıklayın

Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?