“Tazə ilə söz veririk”

nasreddin-01-2.jpg

Tazə il gəlir. Hər kəsi təbrik edirik!
Bizlərdə “Molla Nəsrəddin”-də verilən sözlər kimi söz veririk. Digərlərindən fərqli olaraq,verdiyimiz söz şərəf və namus sözü olacaq.

Tazə ilin ilk sözü:
Hər il olduğu kimi söz veririk ki,fikirlər dəyişəcək,cib dolub,onun-bunun qapı-bacasını busmarıq.Şort davası edib,kimlərisə təhqir etmərik. Qadın kölə deyil,xanım olacaq.Qucağına beş uşaq verib, ata ocağına yollamarıq. Şərəf və namus sözü. Körpəni döyüb, çəkib,yayınlamarıq. Sözümüz sözdür.Sığınacağa atmaq yerinə öz evinə gətirib,əzizləyib,sevəcəyik. Övlad olaraq,söz veririk ki,ata-ana soyuq divar ardında can verməyəcək.Artımlar olacaq, göz yaşları quruyacaq.Dəyənək tutan əllər gül-çiçək paylayacaq.


Tazə ilə söz veririk: 

Bazar ertəsi sindromu  olmayacaq.Qohumbazlıq,tanışlıq,xəyanətvə aldatma olmayacaq. Qapılara atılan, papaqlar şirniyyatlarla dolacaq.

Tazə ilə söz veririk,kimlərdənsə asılı olmayaraq, Azad müstəqil olacayıq.Söz veririk, ”Qarabağ” bizdə, ”Əsri”-dən gələn haray vətəndə uyuyacaq.Vətən eşqiylə səslənən avazlar Şuşada,
Laçında cəh-cəh vuracaq...
Və yenə də söz veririk,”Mozaik”-lər sökülməyəcək,keçmiş və gələcək birləşəcək. Ad yazanlar,şan yaradanlar yaxın keçmişdən uzaq gələcəyə körpü salacaq. Gənclik qocalmadan arzuları çiçək açıb,ümidləri cücərək.

Tazə ilə söz veririk....

Günel Ağayeva...

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı parlatın.

0 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?