Qərbə yaxın olub, Şərqdən uzaqlaşmayaq - İsmətini özündə “həbs” edənlər mənəviyyatca azaddırlar

azos.jpg


   Odur, uzaqdan bir qadın gəlir. Gülüşüylə tərbiyəsini, nəyə gülməsiylə ağlını, yerişiylə əxlaqını göstərən qadın. O qadın ki, yolundan burxulub dalana ilişənlərdəndir; Allahın verdiyi zinətə xəyanət edir və nəyə xəyanət etdiyindən xəbərsiz qəş edib zövq alır. Eyş-işrət çəkir. Sayı qədər şallaqa layiq saçını kürəyinə töküb. Kürəyinə tökdüyü təkcə saçı deyil, həm də ilahi nemətidir. O düşünür. Düşünür ki, rahatdır, azaddır, heç kim iradəsinə sərhəd hörə bilməz. Məcburiyyət anlayışı ziddir həmin “azad” qadın üçün. Ancaq bilmir, qadın da Şərq kimi bağlı, Qərb kimi soyuq olur. Yaşadığı mühitdən asılı olaraq dəyişir axı qadınlar; Şərq və Qərb qadını deyə. Şərq günəşin doğmasıyla ətrafa nur yayarkən, Qərb günəşin batdığı və ətrafın sarı rəngə büründüyü bir yer. Şərq inkişafa yol açmış, elmə, savada yiyələnən və yiyələndiyi təhsili yer üzünə paylayan yer. Şərq qadını gözəllik xəzinəsi. Ona görə dedim qadın da Şərq kimi bağlı olur. Mən hələ bu vaxta kimi aşkar xəzinə haqda nə eşitdim, nə də gördüm. Xəzinələr saxlanc yerimizdir. Uğrunda cihad edəcəyimiz nəsnələrdir: ismət, həya, namus kimi. 
 Tısbağa yerişiylə öz aləmlərində irəli addımlayan iynəayaqlı (ya da odunayaqlı!) “azad” qadınlar ildırım sürətiylə geriyə getdiklərini görmürlər. Dolma bükə bilməyən onlar bacarıqsızlıqlarını hər gün vərəqi vərəq üstə aşırtmaqla ört-basdır etməyə çalışırlar. Başa düşə bilmirəm, axı kişi qarnını doyduran kitablardır, yoxsa hazırlayacağın təamlar?! Yaxud da qayınananın sevimli gəlini olmaq üçün ona gündə üç dəfə Götenin “Faust”nu məruzə etməlisən, yoxsa yemək tədarükü görməlisən?! Övladlarına analığı kim edəcək; sənmi, yoxsa səni görməkdən gözləri “mazol” olan o saralmış vərəqlərdəkilərmi?! Mirzə Cəlilmi, Sabirmi, yoxsa nə bilim, Elif Şafakmı?! Bir qız ki orta məktəbdən sonra oxumaq istədi, o, yaxşı övlad deyil; üsyankardır, təhlükəlidir, cahildir. Bir qadın ki niqabına sahib deyil, o, yaxşı həyat yoldaşı deyil; üsyankardır, təhlükəlidir, cahildir. Bir ana ki övladını mədrəsəyə yox, bağçaya aparır, o, yaxşı ana deyil; üsyankardır, təhlükəlidir, cahildir, ayağı yoxdur, cənnətsizdir. Azadlıq üsyankar, təhlükəli, cahil olmadan da mümkündür. İsmətini özündə “həbs” edənlər mənəviyyatca azaddırlar. Günəşin batdığı yerdə başlayır çiçəklərin solmağı. Qərb səni soldurmadan irəli get, Şərqi tapacaqsan, Yer kürə formasında deyilmi? 

IMG_0155.JPG



 Budur, uzaqdan bir qadın gəlir. Yerişi, gülüşü, baxışı  hətta dünyagörüşü belə fərqlidir. Bir az sadə və bir az da düşüncəli. Ətrafın ona baxdığını hiss edirmiş kimi tərəddüd keçirmədən, yoluna davam edir. Elə də  bəzənməyib, başıaçıq, saçları dağınıq. O, burada rahat gəzir, düşünür, azad olur. Qadın da Şərq kimi bağlı, Qərb kimi soyuq olur. Ümumillikdə belə düşünəndə qadınlar yaşadığı mühitdən asılı olaraq,  bir-birindən fərqlənir. Şərq və Qərb. Şərq günəşin doğmasıyla ətrafa nur yayarkən, Qərb günəşin batdığı və ətrafın sarı rəngə büründüyü bir yer. Şərq inkişafa yol açmış, elmə, savada yiyələnən və yiyələndiyi təhsili yer üzünə paylayan yer. Şərq qadını gözəllik xəzinəsi. Amma nə qədər irəli getmiş olsa da müəyyən tərəddüdlər və maneələr onu bir addım geri çəkir. Bəs Qərb? Qərb qadını azaddır, sərbəst və öz ayaqları üzərində durmağı bacarır. Azadlıq açıq-saçıq geyinməklə ölçülmür. Azadlıq zorakılığa qarşı ədalətin bərpa olunması, haqqızlığı haqlı yönə yönəltməkdir. Bəli, qərb qadını sərbəstdir, düşüncəsi və fikriylə. Bunlar Şərqdə yoxdur söyləmirəm. Sadəcə müəyyən tərəddüdlər içərisində yaşayan qadın azad ola bilməz. Qərbə yaxın olub, Şərqdən uzaqlaşmayaq.


Azadə / Günel

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?