"Bir gün..."

Qorxuram, usanıb gördüklərindən,
ALLAH da dünyadan bir gün köç edər!
Utanıb o, ana hörüklərindən,
ALLAH da dünyadan bir gün köç edər!

Qorxuram, can verib yaxşılar kimi,
ALLAH da dünyadan bir gün köç edər!
Özüylə götürüb eşqi, sevgini,
ALLAH da dünyadan bir gün köç edər!

Yağışı qoparıb buludlarından,
ALLAH da dünyadan bir gün köç edər!
Sıyrılıb göyərçin qanadlarından,
ALLAH da dünyadan bir gün köç edər!

Qorxuram, diksinib bəndələrindən,
ALLAH da dünyadan bir gün köç edər!
Son dəfə ahını çəkib dərindən,
ALLAH da dünyadan bir gün köç edər!

Yaqut Hüseynova

# YAZARIN DİĞER YAZILARI

Yazar Yaqut Huseynova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?