Yalnız qadın dolma bükmək yerinə gün gəlib bir kitab yazıb və ...

Yalnız qadınlara acıyan gözlərlə baxan cəmiyyətdə olmaq çox toxunur mənə. Belə izah edim: Yalnızlığı ilə hüzurlu və xoşbəxt olmayanlar var aramızda və sadəcə biriylə birlikdə olmağı həyatının amalı bilən qadınlar nümunə ola bilməz bir başqa qadına...
Yalnız qadın sevilməyən, arzuolunmayan, bəyənilməyən, ağıllı olmayan, dişi olmayan, dolma bükməyi bacarmayan, paltar yumayan, bir baltaya sap olmayan qadın deyildir. Yalnız qadın  özünə edilən xətaları qəbul etməyən, inamını bir kişinin eşqindən qazanmayan, xoşladığı “Gucci” ayaqqabısını almaq üçün başqasının kredit kartına ehtiyac duymayan, biri istədi deyə deyil, istədiyi üçün aşiq olan, aşiq olmaq üçün cəmiyyətin təzyiqini deyil, manqal kimi ürəyindən yararlanan, uşaq sahibi olmaq üçün gecikir qorxusuyla qarşısına çıxan ilk öküzə bağlanmayan, bağlandığının "öküz" olduğunu anlayanda “aman, hansı biri "öküz" deyil ki?” deyib özünü, qürurunu, mənliyini heçə saymayan qadındır. Yalnız qadın bir üstünlük etmişdir. Öncə özünü sevməyi öyrənərək cəmiyyətin bütün zorakılığına qarşı dirənib, həyatı da özüylə birlikdə sevərək ayaqda qalmışdır.
Yalnız qadın özünə, ətrafına, hobbilərinə vaxt ayıraraq çox da yalnız olmadığını anlamışdır. Böyük və ən doğru eşqə özünü sevməyi bildiyi üçün yelkən açmışdır. Özünü təsdiqlədikdən sonra kimsənin təsdiqinə ehtiyac qalmadığını anlamışdır.  Xətalar edib, təcrübələr qazanıb, yenə də özündən doğruları anlamışdır. Biriylə birlikdə olmaq və hər nə bahasına olursa olsun, o münasibəti davam etdirmənin uğurlu olmadığını dərk etmişdir.
Özünü itirəcəyinə, digərini itirməyi gözə almışdır. Yalnız qadın dolma bükmək yerinə gün gəlib bir kitab yazmışdır və bir çox qadını bu şəkildə yalnız qoymamışdır.
Bir gün dolma da bükəcəkdir, amma istər həyat yoldaşıyla yesin, istər övladıyla, istər dostuyla, gün gəlib yalnız yeyəndə də eyni dadı alacaqdır. Yalnız qadın güzgüyə baxdığında, yastığa başını qoyduğunda, qəh-qəhə çəkdiyində, bir Sezen Aksu mahnısında ağladığında, keçmişinə və gələcəyinə baxdığında hüzurludursa, əslində heç yalnız qalmamışdır. Əl gedər, sən qalarsan...! Sən sənə yetməzsən, bu dünyada “İnstagram”da paylaşmaq üçün çəkdirdiyin xoşbəxtlik fotoları qədərsən...
Hakan Mengüç 
Tərcümə etdi: Azadə Bayramova
# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?