"İnsanlıq və axmaqlıq"

meeting-new-people.png
Bəzi insanlar varki, kiminsə gözündə yüksəlmək üçün dəridənqabıqdan çıxır. Ən kiçik səhvi belə böyük çətinlik kimi qələməverib və özünü bu kiçik çətinliyi həll edib, yüksəliş arzusu ilə görürlər. Özləri bu səhvləri bağışlamaz. Edilən hərəkəti cəzasız qoymazdı. Təbii ki bu səhvi özü etsə o zaman ətrafındakılara bu cür halın baş verməsinin normal qarşılayacağını bildirər, insanlıq halıdı deyə ətrafa car çəkərdi. Demək hər kəs özünə necə sərf edirsə, elə o cür yaşayar.
  Yazacağım mövzü isə elə insanlığın necə axmaqlıq bir vəziyyətə saldığını yazmaq istıdim. İnsanlıq dedim də, söhbət əsil insanda zatı kökü sözü bütöv olanlardan getmir. Necə deyərlər; Ortada yeyib, ucda gəzənlərdən" gedir. Başqa anlamda desəm, hər kəsə yaxşı insan və ya işçi kimi görünüb, əslində axmaq birisi olandan gedir. Təlxəylik sadəcə kənardan gülüş bəxş edər. Gülüb, keçərsən. Amma bu təlxəylik sənin bütün həyatını iş yoldaşlarına sıçrayıbsa, bax bu əsil axmaqlıqdı. Kimlərinsə gözündə uca olmaq
istəyirsən sə, əgər ilk olaraq, hörmət və izzət sahibi olacaqsan. Çətinliyə, dara düşəni baltalama, əlindən tut və ayağa qaldır. Bu sənin şəxsiyyətin haqqında artıq ilk təəsüratı yaradacaq. Şər atma, görmədiyin, duymadığın bir mövzünü müzakirə etmə. Zəif insanı aldatma. Ümid vermə. Bəlkə elə sənə könül bağlayıb. Tək tutunacağı budaq sənsən?!. İncitmə,və əsla yalan söyləmə.Hər nə qədər kiminsə gözündə yüksəlmək istəyərsən və yüksələrsən.Amma dost-tanış yanında səndən axmağı və səndə aşağı adamı yoxdu.Atdığın ilk addım sənin kim olduğunu bildirər və səninlə necə rəftar olunacağına fikir formalaşdırar.Çalış nə edirsənsə,insanlığını unutma.Və bunu da unutmaki, insanlıq -satqınlıq və xəyanətkarlıq ilə qazanılmır. İnsanlıq- fərqinə varmadan etdiyin yaxşılıqla qazanılır. Elə düşünmə ki, etdiyin hərəkəti başqaları görmür və bilmir. Onlar sadəcə sənin dərs alacağın günü səbrsizliklə gözləyir.Vinston Çörçil demiş:“Sənin etdiyin elə sənin özünə də geri dönəcək”.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?